Accessibility links

İran Araz çayı boyunca sərhəd bölgəsinə qoşun yeridir


İranın İslam İnqilabı Keşikçiləri Korpusunun mexaniki briqadası Azərbaycan və Ermənistanla sərhəd ərazilərə yerləşdirilir.

Bu barədə Sepahnews saytı xəbər yayıb.

"İmam Zaman" mexaniki briqadasının əsasən Xudafərin və Culfa məntəqələrinə yerləşdirildiyi bildirilir.

İLNA xəbər agentliyi bir İslam İnqilabı Keşikçiləri Korpusunun üzvünə istinadən yazıb ki, briqadanın bölgədə yerləşdirilməsi “ölkənin ərazi bütövlüyünü və Xudafərin vilayətinin sakinlərini qorumaq” məqsədilə həyata keçirilib.

Tasnim xəbər agentliyinin yaydığı xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur Xudafərin sərhəd bölgəsinə nəzarət üçün səfər edib.

Səfər əsnasında jurnalistlərə danışan Pakpur bölgəyə "yeni bölmələrin" yerləşdirilməsini gərəkdiyini hiss etdiklərini deyib.

"Bizim burada mövcudluğumuzun iki mesajı var: birincisi, əziz ölkəmizin insanlarının bölgədəki vəziyyəti güclü şəkildə izlədiyimizi və buna görə lazımi tədbirləri gördüyümüzü hiss etmələri, ikincisi isə bölgə ölkələrinə onların sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığımızı, bölgə ölkələrinə sərhədlərin geosiyasətində dəyişikliklər qəbul etməyəcəyimizi çatdırmaqdır ki, bu da İran İslam Respublikası üçün qırmızı xətdir."

İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı həmçinin Aşura 31 diviziyasının quru qoşunlarının sərhəd bölgəsində sərhəddəki gedişatı izlədiyini və şəraitə uyğun olaraq lazımi tədbirləri gördüyünü də açıqlayıb.

Azərbaycanın son 27 ildə erməni hərbi qüvvələrin nəzarətinə keçmiş ərazilərdə apardığı hərbi əməliyyatlar İran rəsmiləri tərəfindən narahatlıqla qarşılanır. Onlar döyüşlər əsnasında İran ərazisinə mərmilər düşdüyünü bildiriblər.

Son günlər sosial mediada Araz çayının cənub tayında yaşayan azərbaycanlılarının çayın Azərbaycan Respublikasına məxsus sahillərinə daxil olan Azərbaycan əsgərlərini alqışladıqlarını göstərən videolar yayılıb.

İranda milyonlarla azərbaycanlı yaşayır. İslam Respublikasında siyasi və mədəni hüquqlar uğrunda mübarizə aparan çox sayda azərbaycanlı siyasi fəal həbs olunub, müxtəlif növ basqılara məruz qalıb.

XS
SM
MD
LG