Accessibility links

İqtisadiyyat naziri: Azərbaycan əhalisinin 5,4 faizi tam vaksinasiya olunub


vaksin
vaksin

“2 may 2021-ci il tarixinə olan duruma görə, Azərbaycanda 1 milyon 516 min 923 nəfər aşılanıb ki, bu da ölkə əhalisinin 15,2%-ni təşkil edir. 541 min 715 nəfər, başqa sözlə əhalinin 5,4%-i isə tam vaksinasiya olunub.”

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İnkişaf Bankının illik ümumi yığıncağı zamanı baş tutan “CAREC-in 20 ili: rəqəmsal transformasiya yolu ilə regional əməkdaşlığın yenidən nəzərdən keçirilməsi” mövzusunda yüksək səviyyəli onlayn görüşdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti hazırda pandemiya ilə mübarizə istiqamətində intensiv iş aparır.

“2021-ci ilin yanvarında “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul edilib, 18 yanvar 2021-ci il tarixindən isə əhaliyə COVID-19-a qarşı vaksin vurulması prosesi başladılıb və uğurla həyata keçirilir,” o qeyd edib.

Mayın 2-də həmçinin Azərbaycan səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb.

“İndiyədək ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib. İlk olaraq Çin istehsalı olan peyvənddən istifadə olunub. Sonra “AstraZeneca” vaksinləri gətirildi. Bu gün isə Rusiyadan Azərbaycana koronavirus əleyhinə 40 min doza “Sputnik V” vaksini gətirilib,” o qeyd edib.

XS
SM
MD
LG