Accessibility links

İqlim dəyişikliyinin Kəşmirdə zəfəran istehsalına təsiri


İqlim dəyişikliyinin Kəşmirdə zəfəran istehsalına təsiri
please wait

No media source currently available

0:00 0:02:26 0:00

Zəfəran dünyanın ən bahalı ədviyyələrindəndir. Hindistanda onun bir kiloqramının qiyməti təxminən 4 min dollardır. Zəfərən əsasən də Kəşmirdə yetişir. Kəşmir topoqrafiyası, torpağının keyfiyyəti və havası səbəbilə zəfəranın ən çox yetişdiyi əsas üç yerdən biri hesab edilir. Lakin son bir neçə ildə iqlimdə baş verən gözlənilməyən dəyişikliklər səbəbilə Kəşmir Vadisində zəfəran istehsalı azalıb.

Yaxşı zəfəran istehsalı əldə etmək üçün il ərzində azı üç dəfə yağış yağmalıdır. Bu il isə hər zamankından 5 faiz daha az yağış yağdı. Ən böyük problem suvarma çatışmazlığıdır.
Mənzur Əhməd

Zəfəranın uzun ipək kimi sapları zərəfan gülünün dişiciklərindən əldə olunur. Onlar əl ilə ehtiyatlı şəkildə güldən qoparılır. Zəfəranın bir kilosu 150 min ədəd bu güldən əldə olunur.

Təmiz zəfəran Kəşmirdə çox satılır, amma son iki ildə temperaturda baş verən kəskin dəyişikliklər səbəbilə zəfəran istehsalı azalıb.

“Yaxşı zəfəran istehsalı əldə etmək üçün il ərzində azı üç dəfə yağış yağmalıdır. Bu il isə hər zamankından 5 faiz daha az yağış yağdı. Ən böyük problem suvarma çatışmazlığıdır. Zəfəran gülü oktyabr-noyabr ayında çiçək açır. Ona görə də, bundan öncə kifayət qədər suya ehtiyac olur” – deyə, zəfəran fermeri Mənzur Əhməd bildirir.

Paytaxt Srinaqarın yaxınlığında yerləşən Pampur Kəşmir Vadisinin zəfəran rayonudur. Bu ekzotik bənövşəyi gülün təxminən 90 faizi burda yetişdirilir. Deyilənə görə, zəfəran 2500 ildir Pampur çöllərdinə yetişir. Əvvəllər Pampur ənənəvi olaraq uğurlu məhsul mövsümündən sonra festival keçirərdi, amma artıq son bir neçə ildir bu baş vermir.

“Yaxşı məhsul yığımı olsa, festival keçirilərdi. Hər kəs bayram edirdi, hamı xoşbəxt idi. Lakin son iki-üç ildə zəfəran istehsalında böyük itkilər baş verib”, zəfəran fermeri Firuz Əhməd Dar deyir.

Bundan əlavə isə Kəşmir zəfəranı artıq Hindistan bazarlarında böyük rəqabətlə üzləşir.

Zəfəran
Zəfəran

“Xarici zəfəran Hindistan bazarında daxil olandan bəri, Kəşmir məhsulunun əzəməti və ona olan tələb azalıb”, satıcı Nur Məhəmməd Bat deyir.

Zəfəran Tədqiqat Mərkəzinin professoru AS Darın fikrincə yerli zəfəran fermerlərinin azalan tələblə üzləşmələrinə səbəb təkcə hava deyil.

“Əsas səbəb səmərəsiz marketinqdir. Fermerlər məhsulları üçün almalı olduqları pulu almırlar. Az yağış və ərazilərin urbanizasiyası problem yaradıb. Biz zəfəran sənayesini gələcək üçün qoruyub-saxlamaq istəyiriksə, hökümət müdaxilə etməlidir”, o söyləyir.

Ekspertlər deyir ki, 2005-ci ildə hər hektar torpaqda 120-160 kiloqram zəfəran yetişdirilirdi. Ötən il isə sadəcə 12 kiloqram yetişdirilib. Bu il bu rəqəm daha da azala bilər.

XS
SM
MD
LG