İndoneziyanın Sinabunq vulkanı bazar günü havaya yeddi kilometr hündürlükdə kül və toz püskürməklə ətrafda yaşayan insanların həyatına təhlükə törədib.
Sakinlər vulkanın üzərində olan boz külün havaya qalxdığı görünən fotoları paylaşıblar. Aviasiya üçün Vulkan Müşahidəsi İdarəsi Sinabunqla bağlı xəbərdalıq səviyyəsini “qırmızı”ya qaldırıb. Bu isə uçuşların təxirə salınmasının qarşısıalınmaz olduğu deməkdir.
İndoneziyanın fövqəladə hallar idarəsinin sözçüsü Sutopo Purvo Nuqroho Twitter vasitəsilə Sinabunq vulkanının bazar günü yerli vaxtla səhər saat 4:28-də yeddi kilometr hündürlüklə kül püskürdüyünü təsdiq edib. Sözçü əlavə edib ki, vulkanın fəallığı zamanı gurultulu səslər yayılıb. İdarənin verdiyi məlumata görə, püskürtü zamanı tələfat olmayıb.
2460 metr hündürlükdə olan Sinaburq vulkanı İndoneziyanın ən fəal vulkanlarından biridir. Həmin vulkan 2014-cü ildə püskürəndə 10-dan çox insan həlak olmuş, minlərlə insan təxliyə edilmişdi. Bu fəallıqları nəzərə almasaq, vulkanın son püskürməsi 4 əsr öncə olub.