İndoneziyada gəminin qəzaya uğraması ilə ölənlərin sayı 31-ə çatıb.
140 sərnişini olan gəmi havanın pisləşməsi ilə qəzaya uğrayıb. Həyatların xilası üçün kapitan gəmini sahildən 300 mertlik sualtı qayaya sürüb. Televiziya ilə yaymlanan videoda insanların gəmidən asıldığı göstərilib.
70-ə yaxın sərnişin xilas edilib. 41 nəfər hələ də itkindir.
Çərşənbə günü baş verən hadisə hökumətin batan digər bir gəminin sərnişinlərinin axtarış əməliyyatlarının dayandırıldığını elan etdiyi günə təsadüf edib.
İndoneziyada bu kimi fəlakətlər geniş yayılıb. 17 min adanın yerləşdiyi arxipelaqda təhlükəsizlik qaydalarına riayət edilmir.