Accessibility links

Hindistanda COVID-dən ölənlərin sayı 500 mini keçib


Hindistan
Hindistan

Hindistanda COVID-19-dan rəsmi ölənlərin sayı 500 mini keçib, lakin ictimai səhiyyə rəsmiləri real rəqəmlərin daha yüksək olma ehtimalı barədə xəbərdarlıq edib.

Həmçinin cümə günü Hindistanda 149,394 yeni yoluxmanın olduğu bildirilir. Səhiyyə Nazirliyi cümə axşamı 246,674 yeni yoluxmadan xəbər verib.

Rusiyada cümə günü 168 201 yeni COVID-19 infeksiyası qeydə alınıb ki, bu da əvvəlki günün ən yüksək göstəricisi olan 155 768 yeni yoluxma halını ötüb.

Sakit okean arxipelaqı ölkəsi Tonqada pandemiyanın təxminən iki ili ərzində yalnız bir COVID-19 hadisəsi qeydə alıb. Bu, ötən ay Sakit Okeanda vulkan püskürməsi və sunamidən sonra dəyişib.

Associated Press-in hesabatında deyilir ki, bu iki hadisə "çox ehtiyac duyulan şirin su, dərman və eyni zamanda virusun xaricdən çatdırılmasına gətirib çıxardı."

Beynəlxalq yardımı boşaltmağa kömək edən iki Tonqalı kişinin bu həftəki COVID-19 test müsbət olub. AP bildirib ki, ada kiçik epidemiyanın tez bir zamanda qarşısını almaq ümidi ilə qeyri-müəyyən zamanlıq mühasirəyə alınıb.

Sakit okeanın bir sıra digər adalarında da vulkan və sunamidən sonra yoluxmalar baş verib.

İspaniya gələn həftə açıq havada maska taxmaq mandatına son qoymağa hazırlaşır. Nazirlər Kabinetinin çərşənbə axşamı maska tələbinin aradan qaldırılmasını təsdiqləyəcəyi və məhdudiyyətin cümə axşamı qaldırılacağı gözlənilir. Qapalı yerlərdə maska taxmaq mandatının qüvvədə qalacağı gözlənilir.

Cons Hopkins Koronavirus Resurs Mərkəzi 388 milyondan çox qlobal COVID-19 hadisəsinin qeydə aldığını bildirdi.

XS
SM
MD
LG