Accessibility links

İlham Şaban: Azərbaycan bu il Avropa bazarında 7 milyard kubmetrdən çox qaz satacaq


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində təbii qazın qiymətinin artırılması və əhali qrupu üçün qazın satış qiymətlərinin qaldırılmasının səbəblərindən danışıb.

İlham Şaban: Azərbaycan bu il Avropa bazarında 7 milyard kubmetrdən çox qaz satacaq
please wait

No media source currently available

0:00 0:06:24 0:00


Amerikanın Səsi: Avropada təbii qaza tələbatın artması Azərbaycanın qaz ixracına nə qədər təsir edib?

İlham Şaban: Əlbəttə, bu, Azərbaycana təsirsiz ötüşməyə bilməz. 2021-ci ildə Azərbaycan faktiki olaraq ilk dəfə Avropa bazarına qaz həcmlərini çıxarıb, bunun ticarətinə başlayıb. Cari ildə 5 milyard kubmetr qaz satmağı planlaşdırır. Ancaq TAP-ın (Transadriatik Qaz Kəməri) rəhbərliynin son açıqlamasına görə bu ilin sonunadək 7 milyard kubmetrdən çox qaz satışı həyata keçiriləcək.

Amerikanın Səsi: Hazırda ölkənin qaz ixracından gəlirləri nə qədər artıb?

Azərbaycan öz qazını 440-450 dollardan satır.

İlham Şaban: Əgər Dövlət Gömrük Komitəsinin məlumatlarına istinad etsək, bu, reallığı əks etdirmir. Nəyə görə? Çünki, bəyan edilmiş həcmlərin artımı göstərir və təbii ki, ilbəil artım var. Reallıq bundan ibarətdir ki, ötən ilki və bu ilki göstəriciləri götürə bilərdik. Bu il həcm etibarı ilə Avropaya 7 milyard kubmetr qaz satmışıq. Bu ötən ildən daha çox olan bir həcmdir. İkinici tərəfdən ötən il qazın orta bazar qiyməti Azərbaycan tərəfi açıqlamasa da, Rusiyanın Qazprom şirkətinin açıqladığı rəqəmə görə, bu, 134 dollar idi. Ancaq bu ilin əvvəlində qaz 200 dollardan artıq qiymətə satılırdısa, oktyabr ayında August Media - bazarın monitorinq edən xüsusiləşmiş agentlik bildirib ki, Azərbaycan öz qazını 440-450 dollardan satır. Yəni, buna görə demək olar ki, Azərbaycan həm həcm etibarı ilə, həm də qiymət etibarı ilə gəlirlərini artırıb.

Amerikanın Səsi: Mazuta tələbatın artması ölkədə mazut istehsalının və ixracının artmasına təsir edibmi?

Biz mazutu mümkün qədər az istehsal etməyi planlaşdırırıq.

İlham Şaban: Bizdə bu məsələ gündəmdə deyil. Çünki mazut istehsalının artması yanacağın azalmasına səbəb ola bilər. Ancaq Azərbaycanın daxili bazarında yanacağa tələbat böyük olduğundan biz neftayırmada yanacağın daha çox alınması strategiyasını yürüdürük. Biz mazutu mümkün qədər az istehsal etməyi planlaşdırırıq.

Amerikanın Səsi: Son aylarda Azərbaycanda təbii qazın əhaliyə satış qiymətlərinin artırılması narazılıqla qarşılanıb. Sizcə enerji daşıyıcılarının qiymətlərinin artırılmasının real səbəbləri nədir?

İlham Şaban: Həqiqətən də bizdə bu sahə bazar relsi üzərinə keçirilməyib. Qaz sənayesi və onun marketinqi, satışı 2016-cı ildən Dövlət Neft Şirkəti hər il hesabatında qeyd edir ki, Azərbaycanın daxili bazarında satdığı qaz maya dəyərindən aşağıdır. Bu da dövlət tərəfindən tənzimləndiyindən Dövlət Neft Şirkəti özünün marketinq siyasətini həyata keçirə bilmirdi. Mütəmadi olaraq qiymətlər dəyişir. Ancaq biz növbəti illərdə görə bilərik ki, həqiqtən də Azərbaycan bazar relsi üzərinə keçə bildi, ya yox.

Amerikanın Səsi: Bir sıra ekspertlər bildirib ki, Azərbaycanın öz əhalisinə satdığı qazın qiymətləri Gürcüstana topdansatış qiymətlərindən yuxarıdır. Bunun səbəbi nədir?

Bizim Gürcüstana satdığımız qazın qiyməti 160-170 dollar arasında dəyişir.

İlham Şaban: Bu reallığı tamamilə əks etdirən məlumatlar deyil. Burada problem odur ki, o ekspertlər adətən Gömrük Komitəsinin məlumatlarına istinad edir. Hətta o məlumatlara istinad etsək belə, bizim Gürcüstana satdığımız qazın qiyməti 160-170 dollar arasında dəyişir. Ancaq reallıq bundan ibarətdir ki, biz onu Gürcüstanda əhaliyə və yaxud kiməsə satmırıq. Onu Azərbaycan Dövlət Şirkəti özünün Gürcüstanda törəmə şirkəti olan SOCAR Georgia Qas şirkətinə satır. Onun Gürcüstanın daxili bazarında satdığı qazın qiyməti isə 200 dollardan artıqdır. Bu qiymət həmçinin kateqoriyalar üzrə dəyişir.

Amerikanın Səsi: Ekspertlər həmçinin bildirir ki, BP Şirkəti səmt qazını Azərbaycana pulsuz verir. Amma bu həcm əhaliyə pulla satılır. Bunun səbəbləri nədir?

Azərbaycanın qaz bazarı, daxili istehlak bazarı 12 milyard kubmetrə yaxındır.

İlham Şaban: Baxır buna hansı baxımdan yanaşırsan. Onu qeyd etmək olar. Çünki əhali qrupu əvvəllər 2,5 milyard kubmetr qaz istehlak edirdi. BP-də təxminən 3 milyard kubmetr səmt qazı verirdi. İndi bu dəyişib. Qazlaşmanın səviyyəsinə görə və Azəri-Çıraq-Günəşli yatağında neft quyularına daha çox qazın vurulması ilə bağlı, bu, dəyişib. Biz inid 2,5 milyard kubmetr səmt qazı alırıq, ancaq əhali qrupu təqribən 3,6-3,7 milyard kub metr qaz istehlak edir. Ümumilikdə, Azərbaycanın qaz bazarı, daxili istehlak bazarı isə 12 milyard kubmetrə yaxındır. Yəni, bunun altıda biri Səngəçal terminalında və Neft Daşlarında alınma məntəqəsində Azərbaycan pulsuz verilir. Ondan sonrakı paylama pulladır.

XS
SM
MD
LG