Accessibility links

İki güneyli siyasi məhbus şərti azadlıq təklifini rədd edib


Mehrdad Şeyxi- Yusuf Kari
Mehrdad Şeyxi- Yusuf Kari

Ərdəbil Həbsxanasında saxlanılan iki siyasi məhbus Yusuf Kari və Mehrdad Şeyxi təəhhüd qarşılığında sərbəst buraxılma təklifini rədd ediblər.

İran Azərbaycanında insan hüquqları fəallar tərəfindən yayımlanan məlumata görə, aprel ayının 27-də Ərdəbil Həbsxanasının səlahiyyətliləri bu həbsxanada saxlanılan iki milli fəal Yusuf Kari və Mehrdad Şeyxi ilə görüşərək, onlara yazılı təəhhüd məktubu imzalamaq qarşılığında sərbəst buraxılmalarını təklif ediblər.

Ümumiliklə İran hakimiyyətinin təhlükəsizlik qurumları siyasi məhbusları peşmanlıq hissi keçirdiklərini və bir daha keçmişdəki fəaliyyətlərini davam etməyəcəklərinə dair vədləri ehtiva edən məktublar imzalatmağa çağırırlar.

Ərdəbil Həbsxanasında 1 illik həbs cəzasını çəkən Yusuf Kari və həmçinin 6 aylıq həbs cəzasını çəkən Mehrdad Şeyxi həbsxana səlahiyyətlilərin təklifini rədd ediblər. Onlar həbsxananın rəsmilərinin təklifinə cavab olaraq, fəaliyyətlərinin qanuni olduğunu bildiriblər və mühakimə prosesinin ədalətsiz şəkildə keçirildiyini vurğulayaraq, təklifi rədd ediblər.

Güneyli milli fəal Yusuf Kari 2019-cu ilin sentyabr ayının 3-də Ərdəbilin Şəriəti Meydanında təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. O, ilkin məhkəmə tərəfindən "milli təhlükəsizliyi pozmaq məqsədilə qanunsuz qruplaşmada üzv olmaq" ittihamı ilə 6 il həbsə məhkum edilib, lakin daha sonra Apellyasiya Məhkəməsi onun 6 illik həbs cəzasını 2 ilə endirib.

2019-cu ilin noyabr ayında İranın bütövündə baş qaldıran kütləvi etirazlarla əlaqədar Ərdəbil şəhərində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Mehrdad Şeyxi isə Ərdəbil İnqilab Məhkəməsi tərəfindən "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" ittihamı ilə bir il həbs cəzasına məhkum edilib. Lakin daha sonra bu hökm Apellyasiya Məhkəməsi tərəfindən 6 ay həbs cəzasına endirilib

XS
SM
MD
LG