Accessibility links

Bu həftə ABŞ-da işsizlik təzminatı üçün daha 870 min insan müraciət edib


USA, Kentucky, FILE PHOTO: Hundreds of people line up outside a Kentucky Career Center
USA, Kentucky, FILE PHOTO: Hundreds of people line up outside a Kentucky Career Center

ABŞ-ın Əmək Departamentinin cümə axşamı bildirdiyinə görə, 870 min işçi işsizliyə görə təzminat üçün müraciət edib. Bu, bir həftə əvvəllə müqayisədə bir az çoxdur və koronavirus pandemiyasının Amerika iqtisadiyyatının canlanmasına mane olmağa davam etdiyinə işarədir.

ABŞ-da milyonlarla insan işsiz qalıb və sentyabr ayının ortalarında işsizlik nisbəti 8.6 faiz təşkil edib. İqtisadçılar bu rəqəmin aylarla yüksək qala biləcəyini deyir. ABŞ-da koronavirus pandemiyası səbəbindən itirilən 22 milyon iş yerindən yalnız yarısı bərpa edilib. Avqust ayında iqtisadiyyata 1.4 milyon iş yeri əlavə olunub.

Son həftələrdə işsizlik təzminatları üçün müraciət edənlərin sayı sabitləşməyə başlayıb və 900 mindən az nəfər təşkil edir.

Son həftələrin göstəriciləri mart ayında qeydə alınan rekord göstəricilərdən çox aşağı olsa da, 1960-cı illərdən bəri bütün illərlə müqayisədə yüksəkdir. Koronavirus pandemiyasının başlanğıcında 6.9 milyon nəfər işsizlik təzminatı üçün müraciət etmişdi.

Müəssisələrin məcburi şəkildə bağlanması ilə miyonlarla insan işsiz qalıb. Onların bir hissəsi yenidən iş yerlərinə qaytarılıb. Lakin koronavurs səbəbilə ağır nəticələrlə üzləşən bizneslərin həmişəlik bağlanması ilə işsiz qalanlar heç bir fəaliyyət göstərmir və ya yeni iş yerləri axtarır.

Pandemiyanın ən ağır dövründə, aprel ayında ABŞ-da işsizlik nisbəti 14,7 faizdən çox idi.

XS
SM
MD
LG