Accessibility links

İŞİD-K Əfqanıstanda ABŞ-a hədə törədən ilk qruplaşma ola bilər


ABŞ-ın Əfqanıstandan çıxmasından sonra Birləşmiş Ştatlar və Qərb üçün ən böyük təhlükə Talibanla uzun müddətdir davam edən əlaqələrə baxmayaraq Əl-Qaidədən deyil, Əfqanıstandakı İslam Dövləti terror qruplaşmasından gələ bilər.

ABŞ-ın terrorla mübarizədə yüksək səlahiyyətli rəsmisi millət vəkillərinə bildirib ki, hər iki terror qrupu regional şəbəkələrini genişləndirməyə daha çox diqqət yetirsələr də, İŞİD-Xorasan və ya İŞİD-K kimi tanınan İŞİD-ə bağlı işin dəyişə biləcəyinə dair əlamətlər var.

"Mənim nahahatlığım İŞİD-K və onun avqustun 26-sı hücumundan sonra əldə etdiyi şöhrəti nə dərəcədə möhkəmləndirdiyidir"- deyə, Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Kristin Abizaid Amerika Birləşmiş Ştatlarına qarşı təhlükə ilə bağlı dinləmələr zamanı bildirib.

"Bununla diqqət Qərbə, vətənə yetiriləcəkmi?" - deyə, Abizaid sual edib.

Avqustun 26-da ABŞ qüvvələrinin evakuasiyası zamanı Kabildəki Həmid Kərzay Beynəlxalq Hava Limanında intiharçı hücumu nəticəsində 13 amerikalı hərbçi və 160 -dan çox əfqan ölmüşdü.

İslam Dövləti qrupu Həmid Kərzay Beynəlxalq Hava Limanının perimetri boyu iki yerdə: Abbi Qapısı yaxınlığında və yaxınlıqdakı bir otelin yanındakı partlayışlardan bir neçə saat sonra özünün xəbər agentliyinin Telegram kanalında hücumlara görə məsuliyyəti üzərinə götürmüşdü.

ABŞ Prezidenti Co Bayden hücumlarda əli olanlardan qisas alacağına söz verib.

Qrup dörd gün sonra hava limanını hədəf alan raket hücumunu da həyata keçirdiyini iddia edib. İŞİD-Xorasan hücumunun qarşısını almaq səyləri çərçivəsində ABŞ avqustun 29-da Kabildə pilotsuz uçuş aparatına zərbə endirib. Hücum zamanı 7-si uşaq olmaqla, 10 mülki vətəndaş həyatını itirib.

ABŞ ordu rəsmiləri İŞİD-Xorasanın Əfqanıstanın hücrələrində ən az 2000 "hardcore" döyüşçüsünün olduğuna inanır. Lakin bəzi xarici kəşfiyyat xidmətləri bu sayın daha yüksək ola biləcəyini düşünür.

ABŞ və Qərb antiterror səlahiyyətliləri İŞİD-Xorasanın ölkə daxilində sabit bir əməliyyat tempi saxladığını və Kabil kimi şəhərlərdə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edir.

Bundan bağqa ABŞ kəşfiyyat məmurları və müstəqil ekspertlər İŞİD-in dünyanın başqa yerlərində olan bəzi tərəfdarlarının Əfqanıstana köçməyə çalışdıqlarına dair sübutlara işarə ediblər ki, bu da ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşlarını narahat edir.

"İŞİD-K-nin əhəmiyyətli dərəcədə zəifləmiş bir təhlükəsizlik mühitindən faydalana biləcəyindən narahatıq" deyən FBI direktoru Kristofer Vrey çərşənbə günü millət vəkillərinə verdiyi açıqlamada digər qrupların Əfqanıstanı sərbəst fəaliyyət göstərə biləcəkləri "təhlükəsiz bir sığınacaq" kimi görməyə başlaya biləcəyi barədə xəbərdarlıq edib.

Dövlət Departamentinin terrorla mübarizə üzrə keçmiş koordinatoru da daxil olmaqla, ABŞ rəsmiləri əvvəllər İŞİD-Xorasanın xarici əməliyyatlar aparmaq qabiliyyəti ilə bağlı narahatlıqlar qaldırmışdılar. Baxmayaraq ki, bu qorxular İŞİD-Xorasanın taleyi ilə azalmışdı.

Ancaq İŞİD-Xorasan və Əl-Qaidə ABŞ-a qarşı yeni hücumlar etmək üçün sürətlə hərəkət edə bilməsələr də, Vrey kimi səlahiyyətlilər hələ də təhlükənin mövcud olduğunu deyir.

Birləşmiş Ştatlar İslam Dövləti terror qruplaşmasının Əfqanıstandakı filialının təhdidinə qarşı potensial olaraq Talibanla əməkdaşlıq edəcəyini istisna etmir. Ancaq rəsmilər çox böyük yardım gözləməmək barədə xəbərdarlıq edir.

20 il davam edən müharibədən sonra ABŞ-la Taliban arasında etimadın olmamasına baxmayaraq, İŞİD-Xorasan məsələsinə gəldikdə, Talibanın əməkdaşlıq edib-etməyəcəyi ilə bağlı suallar hələ də qalmaqdadır.

XS
SM
MD
LG