Sünni döyüşçülərin İraqın Suriya ilə sərhəddini ələ keçirdiyi bildirilir. Bununla yaraqlıların iki ölkə arasında azad şəkildə silah keçirməsinə imkan yaranır.
İraq təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, Əl-Qaidə ilə əlaqəsi olan İraq və Şamda İslam Dövləti və ya İŞİD adlanan qrup cümə günü şiddətli döyüşlərdən sonra sərhəddə yerləşən Qaim şəhərini ələ keçirib. Assoşieyted Press agentliyi adlarının açıqlanmasını istəməyən rəsmilərin sözlərinə əsasən, insanların indi sərhədi azad şəkildə keçə bildiyini bildirdiyi haqda məlumat verib.
İraqla bağlı başqa bir xəbərdə isə nüfuzlu şiə ruhani Müqtəda Əl-Sədr tərəfdarı minlərlə döyüşçünün Bağdadın Sədr hissəsində silahlarını nümayiş etdirərək küçələrdən keçdiyi deyilir. Onlar hazırda İraqın şimal bölgələrinin böyük hissəsinə nəzarəti ələ almış İŞİD-ə qarşı mübarizə aparacaqlarına söz verib.
İraqın nüfuzlu şiə ruhanisi Ayətullah Əli Sistani cümə günü keçmişin səhhvlərinə yol verməyəcək yeni, effektiv hökumətin yaradılmasına çağırması şiə baş nazir Nuri Əl-Məlikiyə təzyqlərin daha da artmasına səbəb olub.
Ayətullahın bu açıqlamalarını ABŞ prezidenti Barak Obamanın cənab Məlikini İraq sünniləri və kürd azlıqların istisna edilmədiyi siyasət yürütməyə çağıraraq, əks halda vətəndaş müharibəsi riski ilə qarşılaşacağını deməsindən sonra verib.