Accessibility links

İzolda Ağayeva prokurorluqda 3 saat dindirilib [Audio]


İzolda Ağayeva
İzolda Ağayeva

“Meydan” TV ilə əməkdaşlıq edən müstəqil jurnalist İzolda Ağayeva bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.

Daha əvvəl də Baş Prokurorluqda dindirilən İzolda Ağayeva Amerikanın Səsinə qısa açıqlamasında onu Meydan TV-nin işi ilə bağlı yenidən dindirmək üçün dəvət etmişdilər.

please wait

No media source currently available

0:00 0:01:39 0:00

"Təxminən saat birə işləmiş gördüm mənə zəng gəlib. Geri zəng vurdum, məni daha əvvəl dindirən müstəntiq Əli Babayev idi. Bildirdi ki, məni təkrar prokurorluğa çağırırlar. Dedim hansı işlə bağlı, dedilər əvvəl dindirildiyim işlə bağlı. Saat 4-ə işləmiş getdim, təxminən 3 saata yaxın dindirildim. Suallar da Meydan TV ilə bağlı oldu. Ümumi onu deyə bilərəm ki, əvvəlki suallardan daha fərqli suallar var idi. Sonra sənədə imza atdım ki, istintaq sirrini yaymayacam. Ona görə əlavə bir şey deyə bilməyəcəm. Bir onu deyə bilərəm ki, suallar Meydan TV-nin fəaliyyəti ilə bağlı idi".

Mən gördüyüm işi bilirəm. Bilirəm ki, mən qanundan kənar bir iş görməmişəm, jurnalistika ilə məşğul olmağa çalışmışıq. Belə çıxır ki, jurnalistika ilə məşğul olmaq cinayət sayılır. Başqa bu cinayət işinə bir bağlılığımı görmürəm. Bu, jurnalistikanın məhdudlaşdırılmasıdır
Izolda Ağayeva

Prokurorluğa yenidən çağırıla biləcəyini deyən İzolda Ağayeva ona istintaqın nə zaman yekunlaşacağına dair məlumat verilmədiyini bildirib.

"Hətta bildirdilər ki, xaricə səfərə çıxsanız biz məlumat verin. Mən də dedim ki, bizə artıq Daxili İşlər Nazirliyi "Stop" qoyub, onsuz da ölkədən çıxa bilmərik" - deyə İzolda Ağayeva Amerikanın Səsinə bildirib.

O, prokurorluğa çağırılmasını jurnalistik fəaliyyəti ilə əlaqələndirir. "Mən gördüyüm işi bilirəm. Bilirəm ki, mən qanundan kənar bir iş görməmişəm, jurnalistika ilə məşğul olmağa çalışmışıq. Belə çıxır ki, jurnalistika ilə məşğul olmaq cinayət sayılır. Başqa bu cinayət işinə bir bağlılığımı görmürəm. Bu, jurnalistikanın məhdudlaşdırılmasıdır" - deyə İzolda Ağayeva bildirib.

Qeyd edək ki, İzolda Ağayeva bundan əvvəl də bir dəfə Baş Prokurorluğa, iki dəfə də “Bandotdel”ə ifadə verməyə dəvət olunub.

XS
SM
MD
LG