Accessibility links

İyen Bremmer: ABŞ Rusiyanı təcrid etmək iqtidarında deyil


Futbol bo'yicha ayollar jahon chempionatida Amerika g'alaba qozondi. Kanadada yakshanba kuni o'tgan final o'yinida AQSh Yaponiyani 5-2 hisobida mag'lub etdi. 
Futbol bo'yicha ayollar jahon chempionatida Amerika g'alaba qozondi. Kanadada yakshanba kuni o'tgan final o'yinida AQSh Yaponiyani 5-2 hisobida mag'lub etdi. 
Avrasiya qrupunun (Eurasia Group) prezidenti Iyen Bremmer New York Times qəzetində məqaləsində Ukraynada yaranmış böhrana kəskin reaksiya verilməsi çağırışları ilə razı olmadığını və ABŞ və başqa ölkələri Rusiyanın regionda başlıca maraqlarını tanımağa çağırıb.

ABŞ-ın Rusiyada fəaliyət göstərən şirkətlərə məsləhət verən qrupun rəhbəri Vaşinqtonun Rusiya-Ukrayna münaqişəsi ilə bağlı ritorikasının təhlükəli bir səviyyəyə çatdığını yazıb. “Ukraynanın Vladimir Putin üçün əhəmiyyəti Amerika üçün olduğundan daha böyükdür. Birləşmiş Ştatlar və Avropa dağıdıcı sanksiyaların tətbiqi ilə bağlı hədələrini gerçəklşdirməsi çətin olacaq və onlar başqa ölkələr tərəfindən neytrallaşdırılacaq”-deyə İyen Bremmer qeyd edib.

O yazıb ki, Birləşmiş Ştatlar Ukrayna böhranında Rusiyanın reaksiyasını nəzərə almalıdır və ABŞ və Avropanın hədələri Rusiya prezidentinin qərarlarında heç vaxt həllediri amil olmayacaq. Onun sözlərinə görə, Ukrayna Rusiya üçün ən böyük milli təhlükəsizlik məsələsidir və cənab Putinin siyasəti qısa müddətli iqtisadi maraqlar deyil, milli təhlükəsizlik maraqlarına əsaslanacaq.

Avrasiya qrupunun rəhbərinin fikrincə, Amerikanın Rusiyanı İran və Şimali Koreya modeli üzrə təcrid etmək səyləri baş tutmayacaq. “ Vladimir Putinin özünü yaramaz ölkənin lideri kimi aparması hələ Rusiyanın belə bir ölkə olduğu demək deyil. Rusiyada iqtisadi cəhətdən səkkizinci böyük ölkədir. Amerika korporasiyalarının Rusiyada mövcudluğu nəzərə alınsa, cənab Obamanın Rusiyanı yaramaz ölkə statusuna endirmək səyləri özəl sektor tərəfindən güclü müqavimətlə qarşılacaq”-deyə İyen Bremmer qeyd edib.

O, prezident Obamanın bu yaxınlardakı çıxışlarının birincə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyilə bağlı mövqeyini səhv adlandıraraq, Rusiyanın geri çəkilməyəcəyini və bunun gərginliyin artması ilə nəticələcəyini yazıb.

İyen Bremmer məqaləni bu sözlərlər bitirib: “Obama administrasiyası Moskvanı cəzalandırmaq deyil, Ukraynaya dəstək məsələsinə daha çox diqqət yetirməlidir. Bu, Avropa ilə birlikdə öz nüfuzundan istifadə edərək, bu dəstəyin daimi xarakter almasına və Ukrayna hökumətinin ekstremal cavaba səbəb ola biləcək addımlar atmamasına nail olmaq deməkdir. Bunun üçün Rusiyanın baçlıca maraqları və Amerikanın imkanlarının məhdudluğunu nəzərə almaq və boş hədələrə son qoymaq lazımdır.”

Dünyaya Baxış

Dünyaya Baxış. Suriya hakimiyyəti ölkədəki silahlı qrupların ləğv ediləcəyni bildirir
please wait

No media source currently available

0:00 0:11:30 0:00
XS
SM
MD
LG