Accessibility links

Bidzina İvanişvilini Gürcüstanın baş naziri vəzifəsinə təyin edilib


Gürcüstan parlamenti milyarder siyasətçi Bidzina İvanişvilini baş nazir vəzifəsinə təyin edib. Onun Gürcüstan arzusu koalisiyası oktyabrın 1-də keçirilən parlament seçkilərində qələbə əldə edib. Beləliklə prezident Mixail Saakaşvilinin 9 illik hakimiyyətinə son qoyulub.

Bu gün keçirilən səsvermədə İvanişvili və onun yeni kabineti lehinə 88, əleyhinə isə 54 səs verilib.

Dünən Bidzina İvanişvili 18 aydan sonra siyasətdən gedəcəyini bəyan edib. Milyarder siyasətçi bu açıqlamanı parlamentdə müxalifət qanunvericiləri ilə görüşü zamanı verib.

İvanişvili bundan əvvəl də siyasətdə uzun müddət qalmayacağını və seçkilərdə iştirak edəcəyini, bir il yarımdan sonra siyasətdən gedəcəyini demişdi.

Bidzina İvanişvili qanunvericilərə deyib ki, vəzifəsindən gedəndən sonra vətəndaş cəmiyyətlərinin işində fəal iştirak edəcək.
XS
SM
MD
LG