Accessibility links

İtaliyada güclü zəlzələ baş verib


İtaliyanın mərkəzində güclü zəlzələ baş verib. Bu, həmin bölgədə baş vermiş ilk güclü yeraltı təkanlar deyil. Avqust ayında zəlzələ 24 adamın ölümülə nəticələnmişdi.

İtaliyanın mülki müdafiə xidməti bildirib ki, bazar günü gecə baş vermiş 6,6 bal gücündə zəlzələ nəticəsində regionun müxtəlif yerlərində binalar dağılıb. Təxminən 20 nəfərin yüngül xəsarət aldığı haqda məlumat verilib.​

Tələfatların olmamasının əsas səbəbi minlərlə insanın dağlıq ərazidə bir neçə gün əvvəl yearltı titrəyişlərdən sonra evlərini tərk etməsi ilə əlaqədardır.

Zəlzələnin episentri Norça şəhərindən şimalda yerləşir. Yeraltı təkanlar episentrdən 117 kilometrlik məsafədə yerləşən Romada da hiss olunub.

Zəlzələ dağlıq bölgədəki Umbriyada Norça şəhərindəki Müqəddəs Benediktin bazilikasının dağılmasına səbəb olub. 14-cü əsrə aid bazilikanın yalnız fasadı qalıb. Rahiblər xarabalıqlar qarşısında dua ediblər.

İtaliyanın Baş naziri Matteo Renzi son bir neçə ay ərzində baş vermiş zəlzələlər silsiləsi nəticəsində dağılmış evlər, kilsələr və əmlakın bərpa olunacağını deyib. "Biz hər şeyi, evləri, kilsələri, biznesləri bərpa edəcəyik" -deyə Renzi bildirib.

XS
SM
MD
LG