Accessibility links

Əvəz Zeynallı Hüseyn Abdullayevin cinayət işi üzrə dindirilib [Audio-müsahibə]


Əvəz Zeynallı
Əvəz Zeynallı

Mayın 23-də “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində şahid qiamində iki saat dindirilib.

Jurnalist Amerikanın Səsinə müsahibəsində bildirib ki, istintaqda ondan Hüseyn Abdullayevlə telefon danışıqları barədə suallar verilib.

“Mənim yadımda deyil, 2016-c ildə Hüseyn Abdullayev mənə zəng edibmiş. Onun nə üçün zəng etdiyi barədə suallar verdilər. Bundan başqa Hüseyn Abdullayevlə bağlı yazılar barədə suallar verdilər”, o qeyd edib.

Jurnalist Əvəz Zeynallının Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:00:58 0:00

2013-cü ildən Almaniyada mühacirətdə olan Hüseyn Abdullayev Türkiyə ərazisində tutularaq 22 aprel 2018-ci ildə Azərbaycanın hüquq mühafizə orqanlarına təhvil verilib.

Hüseyn Abdullayev 1990-cı illərdən biznes fəaliyyəti ilə ictimai diqqətə gəlib və hazırki iqtidarın qatı tərəfdalarından olub. Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib.

O, 2007-ci ilin martında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı hökumətin fəaliyyətini tənqid edib. Abdullayevin tənqidi çıxışı digər deputatla münaqişəyə səbəb olub və parlamentin iclas zalında yumruqlaşma ilə başa çatıb. Bundan sonra o, həbs edilib. Bir müddət sonra həbsdən azad edilərək Almaniyaya mühacirətə gedib. O, mühaciərtə gedəndən sonra yenidən barəsində cinayət işi açılıb.

Hüseyn Abdullayev mühacirətə gedəndən sonra hazırki iqtidarın kəskin tənqidçisinə çevrilib. O həm də iqtidarın əleyhinə mahnılar bəstələyib. Abdullayevin iqtidarın siyasətinə etiraz edən “Susma” marşı sosial şəbəkələrdə geniş yayılıb.

Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə məlumatına görə, Azərbaycanın Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Hüseyn Abdullayevin işi üzrə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə “İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı ildə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Bundan başqa ona Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.

Hazırda istintaq davam etdirilir.

XS
SM
MD
LG