Avqustun 17-də Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq. Cənub küləyi əsəcək. Gecə 23-27, gündüz 34-38, yarımadanın bəzi yerlərində 40 dərəcə isti olacaq. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 27-28, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 17-də yağmursuz keçəcək. Şərq küləyi əsəcək, arabir güclənəcək. Gecə 20-25, gündüz 35-40 , bəzi yerlərdə 43, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.