Accessibility links

Suriyanın rəqib döyüşçüləri İsraildən yardım istəyir


İsrail rəsmilərinin bildirdiyinə görə, Suriyanın rəqib döyüşçüləri cənub bölgədə prezident Bəşar Əl-Əsəd qüvvələrinə, xüsusilə də Əsəd tərəfində döyüşən xarici yaraqlılara qarşı hava hücumları ilə yardıma çağırır.

Suriyanın İnsan Haqlarının Müşahidəsi qrupunun bildirdiyinə görə, xarici döyüşçülər Hizbullah və İran döyüşçüləridir.

Suriya daxilindən topladığı məlumatlara əsaslanan bu qrup hökumət qüvvələrinin son zamanlar İordaniya ilə sərhəd bölgələr və Golan təpələrinin bir hissəsinin nəzarətini ələ keçirərək, mühüm inkişaflar əldə etdiyini deyir.

Fəallar Suriya qüvvələrinin nailiyyətinin əsas faktorunun yardım olduğunu bildirir.

İsrailin qırıcı təyyarələri Suriydakı Hizbullah döyüşçülərinə qarşı əvvəllər də hücumlar həyata keçirib. Lakin bu hücumlar Suriyanın müxalif qüvvələrinin tələbi ilə olmamışdı. Israil özünə qarşı Suriya cəbbəxanalarından İran vasitəsi ilə Livana silah daşıyan şiə yaraqlıları hədəf almışdı.

Yanvar ayının 18-də Suriyanın Qolan tərələri ərazində hücuma məruz qalan Hizbullah yaraqlılarının 6-sı və Suriya hökumətinə dəstək missiyasının rəhbəri İran generalı öldürülümüşdü. İsrail hücumun Hizbullanın planlaşdırdığı hücuma ön zərbə olduğunu bildirmişdi.

Suriyanın cənub vilayətləri Əsəd rejiminə qarşı döyüşən yaraqlıların istehkamıdır. Onlar şimal və şərq regionlarının nəzarətini İslam Dövləti və Cəbhət-Əl Nüsrəyə itirib.

Yaraqlılara Qərbdən və Körfəz ölkələrindən yardım çatdırılır. Lakin qüvvələrin komandirləri Amerikanın hərbi yardımının azaldığından şikayətlənir.

Adlarının açıqlanmasını istəməyən ABŞ rəsmiləri şimalda rəqib qüvvələrin 16 briqasına yardımların tamamilə kəsildiyini bildirib.

XS
SM
MD
LG