İsrail ordusunun bildirdiyinə görə, aprelin 22-də səhər tezdən Suriyadan İsrailin cənubuna atılan raket ölkənin gizli nüvə reaktorunun yaxınlığında düşərək, sirenlərin işə düşməsinə səbəb olub. Buna cavab olaraq İsrail qonşu Suriyadakı raket və hava hücumundan müdafiə sistemlərinə hücum etdiyini bildirib.
İsrail ilə Suriya arasında son illərdəki ən ciddi hadisə çox ehtimal ki, İranın əli olduğuna işarədir. Suriyada qüvvələri və tərəfdarları olan İran İsraili Natanz da daxil olmaqla, nüvə obyektlərinə qarşı hecumlar həyata keçirməkdə ittiham edib. Tehran həm də beynəlxalq nüvə sazişinin canlandırılması səylərini də mürəkkəbləşdirəcəyi barədə xəbərdarlıq yayıb.
İsrail ordusu raketin Negev bölgəsinə düşdüyünü və hava hücumu sirenlərinin İsrailin nüvə reaktorunun yerləşdiyi Dimonadan bir neçə kilometr məsafədəki Əbu Krinata kəndində eşidildiyini bildirib. Ordunun daha sonra bildirdiyinə görə, raket heç bir yerə ziyan vurmayıb.
İsrail hərbçiləri əvvəlcə atılan raketin döyüş təyyarələri və digər raket sistemlərinə qarşı hava müdafiəsi üçün istifadə olunan “yer-hava” raketi kimi xarakterizə edib. Bu isə Suriyanın İsrailin qırıcı təyyarələrinin hədəf alınması deməkdir. Lakin raket hədəfdən yayınıb.