Accessibility links

Pfizer-BioNTech peyvəndi İsraildə yaxşı nəticələr verib


Pfizer-BioNTech peyvəndi İsraildə yaxşı nəticələr verib
please wait

No media source currently available

0:00 0:02:46 0:00

İsrail əhalisinin təxminən yarısına Pfizer-BioNTech peyvəndinin bir dozasının vurulmasından sonra İsrailin Səhiyyə Nazirliyi Pfizer-in klinik sınaqlarından daha yaxşı nəticələr haqda məlumat verib. Bu xəbərlər İsrail iqtisadiyyatının böyük hissəsinin həftə sonu yenidən açıldığı bir vaxta təsadüf edir.

Aylardır davam edən COVID-19 məhdudiyyətlərindən və karantindən sonra İsrailin ticarət mərkəzləri ilk dəfə açılıb. Mağazalarda məhdud sayda insanın olmasına icazə verilib.

Mehmanxanalar və idman zalları kimi digər yerlər isə yalnız iki dozada COVID-19 peyvəndi aldıqları və ya virusdan müalicə olunduqlarını göstərən “Yaşıl pasportlar” adlanan vəsiqələri təqdim edən israillilər üçün açıqdır.

Mati Ariel ölkədə minlərlə üzvü olan yeddi idman salonunun sahibdir. Onların əksəriyyəti son bir ildə bağlı idi, işçiləri isə ödənişsiz məzuniyyətə buraxılmışdı. “Biz insanları vaksinasiya etməyə təşviq edirik, çünki onlar idman zallarına qayıtmaq istəyir. Lakin qaydalara görə 16 yaşınadək gənclər kimi peyvənd ala bilməyən bir çox insan var və onlar idman zallarına gələ bilmir. Fiziki və zehni sağlamlıqları üçün onların da idman zalına ehtiyacı var” - deyə, o bildirir.

İdman zalları ölkədəki kütləvi peyvənd kampaniyasında yaşlılardan daha az iştirak edən İsrail gənclərinin peyvənd alması üçün həvəsləndirici addımlardan biridir. Tel-Əviv və digər bələdiyyələr peyvənd edilən yerlərdə pulsuz alkoqolsuz pivə, sendviç və pizza təklif edir. Tel-Əviv Yaara Maimon: "COVID-19-a qarşı peyvənd vurdurmağa gəldim. Təl-Əviv bələdiyyəsinin gənclərə barda peyvənd vurması və onlara pulsuz pivə verməsi çox yaxşı bir fikirdir."

Səhiyyə Nazirliyinin son açıqlamasına əsasən, İsraildə iki aydır davam edən intensiv vaksinasiya səyləri Pfizer peyvəndinin təsirli nəticələrinin olduğunu göstərib. İsrail bütün əhalisi üçün aldığı peyvənd müqaviləsi çərçivəsində məlumatları Pfizer-lə paylaşmağa razı olub. Ronni Qamzu: “Pfizer və Moderna peyvəndlərinin tədqiqatlarında bildirildiyi kimi, effektivliyin 95 faiz ətrafında olduğunu gördük. Xəstəxanaya müraciət edən insanlara baxsanız, effektivliyin ondan da çox olduğunu görərsiniz. Qoruma güclüdür.”

İsrailin Səhiyyə Nazirliyinin bildirdiyinə görə, peyvəndin iki dozasından sonra koronavirus xəstəliyi riskinin 98,5 faiz, xəstəxanaya gedənlərin sayının isə 99 faiz azaldığı müşahidə edilir. Lakin bütün bu göstəricilərə baxmayaraq, İsrailin səhiyyə rəsmiləri ölkədə məhdudiyyətlərin tədricən aradan qaldırılmalı olduğunu və maska taxmaq və sosial məsafə saxlamaq kimi tədbirlərin hələ bir müddət davam edəcəyini deyir.

XS
SM
MD
LG