Accessibility links

“İslami Cihad” militant qrupunun yüksək rütbəli komandiri İsrailin hava hücumu zamanı öldürülüb


İsrail hərbi qüvvələri çərşənbə axşamı Qəzza Zolağında xüsusi hədəfli hücum həyata keçirərək, “İslami Cihad” militant qrupunun yüksək rütbəli komandirini öldürüb.

Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatında Baha Əbu Əl-Attanın "bir çox terror hücumu və son aylar İsrailə edilən raket hücumlarına görə məsuliyyət daşıdığı, gələcəkdə də hücumlar həyata keçirməyi planlaşdırdığı" bildirilib.

Çox sayda insan Baha Əbu Əl-Attanın öldürüldüyü deyilən evin qarşısına toplaşıb.“İslami Cihad” qrupunun bildirdiyinə görə, raket hücumu zamanı Baha Əbu Əl-Attanın arvadı ölüb, uşaqları isə yaralanıb.

İranın dəstəklədiyi qrup komandiri Bahaa Əbu Əl-Attanın öldüyünü təsdiqlədikdən az sonra Qəzzadan İsrailin cənubuna doğru atılan raket səsləri eşidilib.

Suriyanın dövlət mediası İsrailin Dəməşqdə “İslami Cihad” qrupunun başqa bir komandirinin yaşadığı evə də zərbə endirdiyi haqda məlumat verib.

XS
SM
MD
LG