Accessibility links

İsrail yeniyetmələrin oğurlanmasında Həması ittiham edir


İsrail Həması üç yeniyetməni qaçırmaqda ittiham edərək, onların qaçırıldığı Hebron şəhərində 80 fələstinlini həbs edib.

Şənbə günü gecə həyata keçirilən reyd zamanı həbs olunanların çoxunun Həmas üzvləri olduğu xəbər verilir.

Dünən İsrail baş naziri Benyamin Netanyahu qaçırılan yeniyetmələrə görə Həması günahlandıraraq. İsrail Həması terrorçu təşkilat kimi tanıyır.

Fələstin birlik hökümətinin sözçüsü Əhab Bseiso gecə baş vermiş basqını pisləyərək, cənab Netanyahunun ittihamlarını rədd edib.

Cənab Bseiso Fələstin rəsmilərinin İsrail höküməti ilə uşaqların axtarılmasında əməkdaşlıq etdiklərini bildirib.

Rəsmilər uşaqlardan birinin ABŞ pasportunun olduğunu və onların qaçırıldığına inandıqlarını deyiblər.

ABŞ Dövlət katibi Con Kerri hadisəni “alçaq terrorçu addım” adlandıraraq, uşaqların dərhal azad edilməsinə çağırıb. O, bir çox əlamətlərin burada Həmasın əli olduğunu göstərdiyini deyərək, keçmişdə də Hamasın bu cür hadisələrdə iştirak etdiyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG