Accessibility links

Koronavirus yəhudilər və müsəlmanların dəfn qaydalarını dəyişib


Koronavirus böhranı səbəbindən artan ölümlər Müqəddəs Torpaqda yaşayan yəhudi və müsəlmanların dəfn və yas mərasimlərində dəyişiklik etməyə məcbur edir.

İsraildə yəhudilər adətən ölülərin əyninə bezdən xalat geyindirir, kəfənə bükür və tabutsuz dəfn edir. İndi isə koronavirus qurbanlarının cəsədləri adəti üzrə yuyulması üçün tam qoruyucu geyimdə həyata keçirilir, hava buraxmayan plastik materiala bükülür.

Cəsəd dəfn edilməzdən əvvəl bir də plastik materiala bükülür.

"Çox qarışıq hisslər yaşayırıq. Nə gözlədiyimizi bilmirik, ölənlərin sayının nə qədər olacağını bilmirik. Çox qorxuruq” - deyə, İsraildə yəhudi dəfnlərinə nəzarət edən Chevra Kadişa qrupunun işçisi Yakov Kurtz bildirib.

Qüds və Fələstin ərazilərinin baş müftisi şeyx Məhəmməd Hüseyin deyir ki,
koronavirus səbəbindən ölənlərin sayının artması müsəlmanları dəfnlə bağlı qaydalarında dəyişikliklər etməyə məcbur edir.

"Bu, zərurətdən irəli gəlir və bu zərurət qadağalara imkan verir. Buna görə də mərhum yuyulmur, kəfənlənmir və yalnız plastik torbada dəfn edilir" - deyə, müfti bildirib.

Bu günə qədər İsrail koronavirusdan 29 nəfərin, fələstinlilər isə 1 nəfərin öldüyünü bildirib.

İsrail və Fələstinin hökumət orqanları virusun qarşısının alınması məqsədilə evdə qalma barədə göstərişlər verdikdən və toplaşma həcmini məhdudlaşdırdıqdan sonra dəfn və yas mərasimləri hamı üçün dəyişib.

XS
SM
MD
LG