Fələstinin səhiyyə rəsmilərinin bildirdiyinə görə, İsrail ordusu bazar ertəsi İordan çayının qərb sahilində onlara daş atan etirazçılara atəş açaraq, bir gənci öldürüb.
Rəsmilər 22 yaşlı gəncin Hebron şəhərinin yaxınlığındakı Əl-Ərub düşərqəsində öldürüldüyünü deyib. Lakin onun fələstinlilərin sabiq lideri Yasir Ərafatın ölümünün 15-ci ildönümü münasibətilə keçirilən etiraz aksiyasında iştirak edib-etmədiyi məlum deyil.
İsrail ordusu hadsə ilə bağlı heç bir şərh verməyib.
2014-cü ildə Birləşmiş Ştatların vasitəçiliyi ilə İsrail-Fələstin sülh danışıqlarının dalana dirənməsindən sonra artıb.
Fələstinlilər İsrailin 1967-ci ildə Yaxın Şərqdəki torpaqlarının işğalına son qoymasına çalışır və İordan çayının qərb sahilində, Qəzzada və Şərqi Qüdsdə öz dövlətlərini qurmaq istəyir.