Accessibility links

ABŞ Prezidenti Co Baydenə İsrail-Fələstin məsələsi ilə bağlı təzyiqlər artıb


Bu həftə döyüşlərin intensivləşməsi nəticəsində 50-dən çox fələstinlinin, azı 7 israillinin öldürülməsindən sonra İsraillə fələstinlilər arasında zorakılıqlara son qoyulması üçün ABŞ Prezidenti Co Baydenə təzyiqlər artıb.

Müqəddəs yerlərlə bağlı gərginliklər və fələstinli ailələrin işğal edilmiş Şərqi Qüdsdən yəhudilər tərəfindən qovulmasına görə artan qəzəb İsrailin Qəzzəyə qarşı 2014-cü ildəki yeddi həftə davam edən müharibəsindən bəri ən yüksək həddədir.

Bayden çərşənbə günü İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon söhbətində bu məsələyə toxunub.

Bayden jurnalistlərə İsrailin özünü müdafiə etmək haqqının olduğunu deyib.
"Mən buna tez bir zamanda son qoyulacağına ümid edirəm və bunu gözləyirəm" - deyə, o bildirib.

Ağ Evin yaydığı telefon danışığının xülasəsində bildirilir ki, ABŞ zorakılığı qınadığı, vəziyyəti gərginləşdirməməyə çağırdığı və bölgəyə öz elçilərini göndərdiyini bir vaxt, Bayden və Netanyahu "yaxın məsləhətləşmələr" aparmağa razılaşıb.

"ABŞ iki dövlətli həll yoluna sadiq qalır" deyən ABŞ dövlət katibi Antoni Blinken Birləşmiş Ştatların "İsrailin qanuni özünü müdafiə etmək haqqını"dəstəklədiyini də əlavə edib.

"Biz həm fələstinlilərin, həm də israillilərin eyni dərəcədə təhlükəsiz yaşamağa haqlarının olduğunu düşünürük. Buna görə də qarşıdurmanı dayandırmaq və sakitlik yaratmaq üçün israillilər, fələstinlilər və digər regional tərəfdaşlarla əlaqə qurmağa davam edəcəyik" - deyə, Blinken bildirib.

Lakin belə görünür bu zorakılıqlar diqqətli bir şəkildə özünü əvvəlki administrasiyanın güclü İsralil tərəfdarı mövqeyindən ayıran Yaxın Şərq siyasəti hazırlayan Bayden administrasiyasını hazırlıqsız yaxalayıb.

XS
SM
MD
LG