Accessibility links

İsrail: Dini ekstremizm (video)


İsrail: Dini ekstremizm (video)
İsrail: Dini ekstremizm (video)

Qüdsün mərkəzində küləkli axşam. Fəallar qadınların və kişilərin avtobuslarda ayrı-ayrı oturacaqlarda şəhərin ultra-Orthodoks Yəhudi məhəlləsində gedişinə qarşı nümayişə hazırlaşırlar. Bu dəfə qadınlar avtobusda arxa oturacaqlar əvəzinə qaydaya zidd olaraq qabaq oturacaqlarda əyləşiblər. Ultra-Orthodoks yəhudiliyin bəzi davamçıları kişi ilə qadınların ictimai yerlərdə ayrı olmaqlarına inanır. Baxmayaraq ki, bu İsrailin dövlət qanunlarına ziddir. Ayriseçkiliyə müqavimət göstərən qadınlar təhqirə məriz qalırlar.

Anat Hofmen dini islahat hərəkatı fəalıdır. O deyir ki, ultra-Orthodoks yəhudiləri qapalı cəmiyyətdə təhqiramiz həyat yaşayırlar. Lakin bütün bunlar dəyişəcək.

Anat Hofmen: “Bir neçə ekstremist qruplar var ki, əsasən Orthodox qadınların müasir həyata uyğunlaşmalarının, dünyada bilikli və fərasətli olmalarının qarşısını almağa, onları yerlərində oturtmağa çalışırlar.”

İsrail: Dini ekstremizm (video)
İsrail: Dini ekstremizm (video)

Reklamlar müəyyən bölgələrdə qadınların zorakılığa məruz qaldıqlarını nümayiş etdirir. Qadınlar kişilərin yeridikləri küçənin əks tərəfi ilə yeriməyə məcbur edilir. Bu yaxınlarda 11 yaşlı məktəbli qız televiziyada zorakılığı məruz qaldığından şikayət edib. Tənqidçilər bəzi ravvinlərin bu cür hadisələrə göz yumduqlarını deyirlər. Ravvin və parlament üzvü İsrail Eiçler bununla razılaşmır. O deyir ki, ultra-Orthodoksda qadınlara qarşı ayrıseçkilik məsələsi dini xarakter daşımır.

İsrail Eiçler: “Hətta ekstremist ravvinlər zorakılığı dəstəkləmirlər. Ona görə ki, zorakılıq yəhudilik, Tora və Tanrının istəyinə ziddir.”

İsrail: Dini ekstremizm (video)
İsrail: Dini ekstremizm (video)

Tamar El Or Hebrev Universitetində antropoloqdur. Onun sözlərinə görə ultra-Orthodoks cəmiyyəti böyüyür və şaxələnir. Həyatlarını din öyrənməyə və ya ailələrinə baxmağa həsr edən bir çox insan iş axtarmağa məcbur olur. Eyni zamanda İsrailin qeyri-dini cəmiyyəti daha da dünyaviləşirlər.

Tamar El Or: “Bu biri-birinə qarşı inkişaf edən iki ictimai qüvvədir və onlar dəfələrlə toqquşacaqlar. İndi artıq bu, İsraildə adi bir haldır. Amma hər bir cəmiyyətdə ozünəməxsus istiqamət və gərginlik mövcuddur və bütün bunlara nəzarət etmək dövlətin üzərinə düşür.”

El Or deyir ki, ölkədə ayrıseçkiliyə qarşı qanunlar gücləndirilməlidir. Lakin İsrail cəmiyyəti ultra-Orthodoks insanlarının tələblərinə də məhəl qoyulmalıdır. El deyir ki, bütün bu gərginliklər siyasi və dini liderlər bu problemi həll etməyənədək davam edəcək.

XS
SM
MD
LG