Accessibility links

İsrailin zərbələri nəticəsində İranın İnqilab Keşikçiləri Korpusunun zabitləri və Suriyada Tehranın dəstəklədiyi döyüşçülərin öldüyü deyilir


İsrailin hava hücumları şənbə günü Dəməşqa yaxınlığında livanlı qrupa məxsus obyektləri vurması nəticəsində İran İslam İnqilabı Keşikliləri Korpusunun iki zabitini və iki Hizbullah tərəfdarı döyüşçünü öldürüb.

Suriya paytaxtı yaxınlığına hücumlar Qəzza zolağında İsraillə Hizbullahın müttəfiqi HƏMAS arasında döyüşlərə son qoyan yeddi günlük atəşkəsin başa çatmasından 24 saatdandan az bir vaxta təsadüf edib.

“Hizbullahla işləyən iki suriyal döyüşçü və İnqilab Keşikçiləri Korpusunun iki zabiti İsrailin Sayyida Zeinab yaxınlığında Hizbullahın obyektlərinə havan zərbələri nəticəsində öldürülüb,” Suriya İnsan Hüquqları Müşahidə Mərkəzindən Rami Abdel Rəhman deyib.

“İslam İnqilabı Keşikçiləri Korpusunun iki zabiti israillilərin hədəfi olub. Onlar zabitlər Hizbullahın obyektinə daxil olduqdan dərhal sonra zərbə endiriblər,” Suriya daxilində mənbələr şəbəkəsi olan Britaniyada yerləşən müşahidə mərkəzinin rəhbəri deyib.

O deyib ki, iki sabit aldıqları xəsarətlər nəticəsində ölüb, bundan əlavə isə beş döyüşçü yaralanıb.

Şənbə günü İran İnqilab Keşikçiləri Korpusu İsraili iki üzvünü məsləhət missiyasında olduqları Suriyada öldürməkdə ittiham edib.

“Məhəmməd Əli Atai Şurçeh və Pənad Tağızadə Suriya İslami Müqavimət Cəbhəsində məsləhət missiyasını yerinə yetirərkən sionist qəsbkar düşmən tərəfindən şəhid olublar,” Korpusun Sepah News vebsaytında yazılıb.

Onların nə zaman və harada öldürüldükləri yazılmayıb.

İsrail Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri şimal qonşusuna yüzlərlə hava hücumu edib, əsasən də İranın dəstəklədiyi qüvvələri, o cümlədən Hizbullah döyüşçüllərini, habelə Suriyanın ordu mövqelərini hədəf alıb.

Ancaq oktyabr ayında HƏMAS-la müharibəsi başlayandan bəri hücumlarını intensivləşdirib. HƏMAS ötən Suriya hökuməti ilə münasibətlərini bərpa etdiyi bildirib.

“İsrailin aqressiyası”

Suriyanın müdafiə nazirliyi həmçinin bildirib ki, İsrail Dəməşq yaxınlığına zərbə endirib. AFP jurnalisti orada bomba partlayışı səsi eşidib.

“Bu gün yerli vaxtla təxminən gecə saat 1:35-də..İsrail düşməni işğal altında olan Suriyanın Qolan təpəlikləri istiqamətindən hava hücumu həyata keçirərək, Dəməşq şəhəri yaxınlığında bəzi nöqtələri hədəf alıb,” nazirlik bəyanatında bildirib.

Suriya dövlət televiziyası “paytaxt yaxınlığında İsrailin aqressiyası” barədə məlumat verib.

İsrail ordusu AFP-nin şərh istəyinə cavab verməyib.

İsrail çox nadir hallarda Suriyan hədəf alan hücumları barədə şərh verir, ancaq dəfələrlə Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən əzəli düşməni İranın orada mövcudluğunu genişləndirməsinə imkan verməyəcəyini bildirib.

Hizbullah Dəməşqin müttəfiqidir və Suriyada davam edən müharibədə uzun müddət Əsədlə yanaşı vuruşub.

Forum

XS
SM
MD
LG