İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, təxminən üç həftədir HƏMAS militantlarına havadan zərbələr endirən qüvvələri Qəzza zolağında quruda əməliyyat keçirib.
İsrail Müdafiə Qüvvələri bildirib ki, tankları və piyadaları İsrail ərazisinə qayıtmazdan əvvəl "terrorçuların çox sayda mövqelərinə, infrastruktura və tank əleyhinə raket buraxılış məntəqələrinə zərbələr endirib".
İsrail Müdafiə Qüvvələri əməliyyatın "döyüşün növbəti mərhələlərinə" hazırlaşmaq üçün keçirildiyini bəyan edib.
İsrail rəsmiləri oktyabrın 7-də silahlı qruplaşmanın təxminən 1400 nəfərin ölümünə səbəb olan hücumundan sonra HƏMAS-ın bir daha İsraili təhdid edən hücumlar həyata keçirə bilməyəcəyinə söz verib.
İsrail ordusu gözlənilən qurudan hücum ərəfəsində ehtiyatda olan 300 min əsgərini səfərbər edərək, Qəzza sərhədi yaxınlığına yerləşdirib.
İsrailin Baş naziri Benyamin Netanyahu çərşənbə günü televiziya ilə yayımlanan açıqlamasında İsrail "qurudan hücuma hazırlaşır. Nə vaxt, necə və nə qədər olduğu barədə məlumat verməyəcəyəm" deyib.
Ordunun dinc əhaliyə dəyəcək zərəri minimuma endirmək məqsədi ilə İsrail Qəzza zolağının şimal hissəsində yaşayan insanlara cənuba getmələri barədə xəbərdarlıq edib.
Forum