Accessibility links

İsrail ordusu sinaqoqa hücumdan sonra İordan çayının qərb sahilində qüvvələrinin sayını artırır


İsrail ordusu işğal olunan İordan çayının qərb sahilində qüvvələrinin sayını artırdığını bildirib. Bundan bir gün öncə fələstinli silahlı şəxs Qüds yaxınlığında yeddi nəfəri gülləyərək öldürüb. Bundan əlavə şənbə günü şəhərdə başqa bur hücumda iki nəfər yaralanıb.

Hucumlar İsrailin İordan çayının qərb sahilində reyd keçirərək, yeddi silahlı şəxs daxil olmaqla doqquz fələstinlini öldürməainsən sonraya təsadüf edib.

Baş nazir Benyamin Netanyahunun yeni kabinetinin şənbə günü iclas keçirəcəyi gözlənilirdi. Onun kabinetində fələstinlilərə qarşı daha güclü tədbirlərin görülməsinə çağırış edən ultra millətçi partiyalar daxildir.

Cümə günü sinaqoq qarşısında baş verən hücum şəhərdə 2008-ci ildən bəri həyata keçirilən ən ölümcül hücumdur. Polisin bildirdiyinə görə, silahlı şəxs Şərqi Qüdsün 21 yaşlı fələstinli sakini Xairi Alqamdır. O, hücumu İsrailin 1967-ci il müharibəsindən sonra ilhaq etdiyi ərazidə keçirib.

Polis onun maşınla hadisə yerindən qaçmağa çalışdığını, ancaq polis zabitlərinin onu təqib edərək, güllə ilə öldürdüklərini bildirib. Polisin məlumatına görə, silahlı şəxsin ailə üzvləri daxil olmaqla, 42 şübhəli saxlanılıb.

Şənbə günü polis Şərqi Qüdsdən 13 yaşlı bir oğlanın atəş açaraq iki nəfəri yaraladığını bildirib. Daha sonra ərazidən keçən bir nəfər onu vuraraq, yaralayıb.

İnsident Şərqi Qüdsdə fələstinlilərin Silvan məhəlləsi ətrafında baş verib ki, bu ərazi Köhnə Şəhərdə qala divarlarından aşağıda və son illərdə israillilərin mövcudluqlarını artırdıqları yerdə yerləşir.

Bu hücumlar İordan çayının qərb sahilində aylardır davam edən toqquşmaların cümə günü Cenində azı doqquz fələstinlinin ölümü ilə nəticələnən reyddən sonra eskalasiya ehtimalının olduğun vurğulayır.

“İsrail Müdafiə Qüvvələrinin vəziyyəti dəyərləndirməsindən sonra, Yəhudeya və Samariya [Qərb Sahili] diviziyasını əlavə bir batalyonla gücləndirmək qərara alındı,”ordu bildirib.

Cümə gecə ultra-sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Givr hücumun baş verdiyi ərazini ziyarət edib. Orada o, həm alqış həm də qəzəblə qarşılanıb. “Hökumət cavab verməlidir, Allah qoysa belə də olacaq,” o deyib.

Netanyahu insanları qanunu öz əllərinə almamağa çağırıb, ancaq cavab tədbirləri üzərində qərarın verildiyini söyləyib.

XS
SM
MD
LG