Accessibility links

BMT: İsrailin hava hücumları səbəbindən 100 min insan Livandan Suriyaya qaçıb


BMT-nin Qaçqınlar üzrə Agentliyinin rəhbəri bazar ertəsi İsrailin hava hücumları səbəbindən təxminən 100 min insanın Livandan Suriyaya qaçdığını və bu rəqəmin iki gündə iki dəfə artdığını deyib.

Filippo Qrandi X sosial media hesabında "İsrailin hava hücumlarına görə Livandan Suriyaya keçənlərin sayı, Livan və Suriya vətəndaşları olmaqla, 100 minə çatıb" deyə, bildirib.

"İnsanlar qaçmaqda davam edir" - deyə, o xəbərdarlıq edib.

Qrandinin dediyinə görə, rəhbərlik etdiyi BMT-nin Qaçqınlar Agentliyi "yerli hakimiyyət orqanları və Suriya Qızıl Aypara Təşkilatı ilə birlikdə yeni gələnlərə dəstək olmaq üçün dörd nəzarət-buraxılış məntəqəsində hazır durub".

BMT-nin Qaçqınlar Agentliyinin şənbə günü France Press xəbər agentliyinə verdiyi məlumata görə, müharibənin davam etdiyi Suriyaya kütləvi köçkünlük sentyabrın 23-də başlayıb.

BMT-nin Qaçqınlar üzrə Agentliy cümə günü Livandan Suriyaya 30 min insanın daxil olduğunu bildirib. Qaçqınlar üzrə Agentliyin Suriyadakı nümayəndəsi Qonzalo Varqas Llosanın dediyinə görə, onların təxminən 80 faizi Suriya, 20 faizi isə Livan vətəndaşlarıdır.

O, jurnalistlərə "Onların əksəriyyəti qadınlar və uşaqlardır" deyib.

"Bombalamalardan qaçan insanlar Suriyaya şok vəziyyətində yorğun və yardıma ehtiyac vəziyyətində gəlir", Varqas Llosa bildirib.

İsrailin bazar ertəsi Beyruta endirdiyi zərbə yaşayış binasına zədələyib. Bu, təxminən bir il əvvəl İsraillə Hizbullah silahlı qruplaşması arasında sərhədyanı döyüşlərin başlamasından bəri şəhərə ilk hücumdur.

Forum

XS
SM
MD
LG