Accessibility links

İsrail Con Kerrinin atəşkəs təklifini rədd edib [Fotoqalereya]


İsrail atəşkəs səylərinin davam etdirildiyi vaxt Həmasa qarşı hücumları davam etdirərək, Qəzza zolağında bir neçə evi bombardman edib.

Fələstin rəsmiləri ölənlər arasında islamçı cihad təbliğatçısı və onun iki oğlunun olduğunu bildirib. Qəzza zolağında ölənlərin sayı bununla 800-ü ötüb keçir.

İsrailin təhlükəsizlik qurumlarının liderləri cümə günü keçiriləcək iclasda 18 gündür davam edən hərbi kampaniyanın genişləndirilib-genişləndirilməməsi, ya da danışıqların aparıldığı vaxt 5 və ya 7 gün müddətinə atəşkəsin tətbiq edilməsi kimi variantları müzakirə edəcək.

İordan çayının Qərb sahilində fələstinlilərin Qəzza ilə həmrəylik göstərmək məqsədilə kütləvi nümayişlər keçirəcəyi gözlənilir.

Eyni zamanda ABŞ və BMT diplomatları İsrail və Həmas yaraqlıları arasında mümkün atəşkəs əldə edilməsi səylərini davam etdirir.

New York Times and Washington Post qəzetləri ABŞ dövlət katibinin yeni plan təklif etdiyini yazır. Planda Ramazan bayramınadək atəşkəs əldə edilməsi təklif edilir. Kerrinin təklifi barədə qəzetə məlumat verən mənbə Fələstinlə İsrailin iqtisadi, təhlükəsizlik və siyasi liderləri arasında müzakirələrə çağırıb.

Con Kerri Qahirədə Misirin xarici işlər naziri Sameh Şükri və BMT-nin baş katibi Ban Gi Munla görüşlər keçirib.

İsrail Con Kerrinin atəşkəs təklifini rədd edib. İsrailin ictimai televiziyası və hökumət mənbələrinin bildirdiyinə görə, baş nazir Benyamin Netanyahunun təhlükəsizlik kabineti təklifin əleyhinə səs verib.

XS
SM
MD
LG