- İsrail Qəzzaya hava və quru əməliyyatlarını gücləndirir, onlarla yearltı tuneli, bunkerləri və telekommunikasiya avadanlıqlarını vurur.
- Ordu sözçüsü bildirib ki, İsrailin "müharibə mərhələlərində irəliləyir" və "qoşunlar hələ də meydanda qalır."
- İsrailin müdafiə rəsmisi: Tel-Əviv ərzaq, su və dərman daşıyan yük maşınlarının şənbə günü Qəzzaya daxil olmasına icazə verəcək. Bu, ən azından az miqdarda yardımın gəldiyi Misirlə sərhəd bölgəsində bombardmanların mümkün fasiləsinə işarə edir.
- Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası cümə günü səs çoxluğu ilə İsraillə HƏMAS militantları arasında təcili humanitar atəşkəsə çağırıb.
- İsrail Müdafiə Qüvvələri bildirir ki, onlar militant qrupun hava avadanlıqları, o cümlədən dronlar, PUAlar, paraplanlar, hava aşkarlama və müdafiə vasitələrindən məsul HƏMAS fiqurlarına hədəfli zərbələr endiriblər.
İsrailin genişlənmiş quru əməliyyatı şənbə günü piyada və zirehli texnikanın Qəzzaya hücumu, havadan və dənizdən kütləvi zərbələrlə davam edib.
“Biz müharibə mərhələsində irəliləyirik. Ötən gecə İsrail Müdafiə Qüvvələri Qəzza zolağına daxil olub və quru fəaliyyətini genişləndirib,” kontr-admital Daniel Haqari şənbə günü mətbuat brifiqindində bildirib.
“Qüvvələr hələ də meydandadır və müharibəni davam etdirir” sözçü deyib və bununla da İsrailin qurudan müdaxiləsinin çox güman ki, başladığına işarə edib.
Haqari bildirib ki, döyüş təyyarələri Qəzza zolağının şimalında HƏMAS-ın tunelləri, yeraltı döyüş sahələri və digər yeraltı infrastrukturlar da daxil olmaqla 150 yeraltı hədəfə zərbələr endirib, qruplaşmanın başqa üzvlərini isə öldürüb.
"Onların öldürülməsi, aradan qaldırılması müharibə mərhələlərində yaxşı irəliləyişdir və yerdəki qüvvələrə daha zəif düşmənə qarşı mübarizə aparır," Haqari deyib.
“Gecə İsrail Müdafiə Qüvvələri HƏMAS-ın hava massisvinin başçısı Asim Əbu Rakabanı vurub,” İsrail Müdafiə Qüvvələri əvvəllər Twitter kimi tanınan X-də yazıb və bunula da militant qrupun hava əməliyyatlarının başçısını öldürdüyünə işarə edib.
İsrail ordusunun rəsmiləri həmçinin bildiriblər ki, onlar Livandan İsrail Müdafiə Qüvvələrinin pilotsuz təyyarəsinə atılan yer-hava raketini vurublar. Sözçü Aviçay Adrai X-də yazıb ki, İsrail Müdafiə Qüvvələri "atılan raketin mənbəyinə hücum edir." Adrai daha əvvəl bildirib ki, İsrail təyyarəsi İsraili hədəf alan amma Suriyaya düşən raketləri atan Hizbullahın hərbi strukturunu vurub.
HƏMAS şənbə günü İsrail ordusunun Fələstin anklavına havadan və qurudan hücumlarını genişləndirdikdən sonra İsrailin hücumlarına "tam güclə" müqavimət göstərəcəyinə söz verib. HƏMAS-ın silahlı qanadı olan Əl-Qəssam briqadaları şənbə günü səhər saatlarında döyüşçülərinin Qəzzanın şimal-şərqindəki Beyt Hanun şəhərində və Əl-Bureyc şəhərinin mərkəzi bölgəsində İsrail əsgərləri ilə toqquşduğunu bildirib.
"Əl-Qəssam Briqadaları və bütün fələstinli müqavimət qüvvələri təcavüzə tam güclə müqavimət göstərməyə və müdaxilələrin qarşısını almağa tam hazırdır"o bildirib.
Ağ Evin milli təhlükəsizlik müşaviri Con Kirbi deyib ki,o, İsrailin Qəzzada quru əməliyyatlarını genişləndirdiyinə dair məlumatlar görüb, amma onlar barədə şərh verməyəcək.
İsrail HƏMAS militant qrupuna qarşı hücuma hazırlıq olaraq Qəzza yaxınlığına 300 min ehtiyatda olan əsgər və qoşun toplayıb. HƏMAS-ın oktyabrın 7-də İsrailə, uşaqlar daxil olmaqla, 1400 nəfərin, 200-dən çox insanın girov götürülməsi ilə nəticələnən hücumundan sonra İsrail Qəzzaya havadan zərbələr endirib.
Kirbi deyib ki, ABŞ Qəzzada mülki şəxslərə humanitar yardım, yanacaq və elektriyin çatdırılması və səylər daxilində, mümkündürsə, HƏMAS-ın qaçırdığı 200 girovu Qəzzadan çıxarmaq məqsədilə İsrailin hərbi fəaliyyətinə fasilə verilməsini dəstəkləyir.
Cümə günü fələstinli mobil telefon operatoru Jawwal mobil və ev telefonları və internet xidmətlərinin ağır bombardman nəticəsində kəsildiyini bildirib. Bu isə o deməkdir ki, zərbələr nəticəsində ölənlər və qurudan hücumun təfərrüatları dərhal məlum olmayacaq. Bəzi peyk telefonları işləməyə davam edir.
Fələstin Qırmızı Aypara Cəmiyyətinin bəyanatında bildirilir ki, qurum Qəzzadakı əməliyatları və yerdə xidmət göstərən bütün komandaları ilə əlaqəni tam itirib.
BMT Baş Assambleyasında səsvermə
BMT Baş Assambleyası cümə günü səs çoxluğu ilə İsraillə fələstinli HƏMAS militantlar arasında təcili humanitar atəşkəsə çağırıb və mühasirə altında olan Qəzza zolağına yardım üçün çıxışın verilməsini və mülki vətəndaşların qorunmasını tələb edib.
Ərəb ölkələri tərəfindən hazırlanana qətnamə 120 səs çoxluğu ilə qəbul olunub. 45 ölkə bitərəf qalıb, İsrail və ABŞ daxil olmaqla 14 ölkə isə əleyhinə səs verib. İsrail BMT qətnaməsini “rəzalət” adlandırıb.
İsrail Qəzzada müvəqqəti atəşkəs çağırışlarını rədd edir, beynəlxalq ictimaiyyət isə İsrailin anklavda həyata keçirdiyi ən ağır haa hücumları altında ilişib qalan 2.3 milyon insan üçün pisləşən şəraitdən narahatdır.
Israel is rejecting calls for a temporary truce in Gaza while the international community is troubled at the deteriorating conditions for 2.3 million people trapped under the heaviest air strikes Israel has ever conducted on the Mediterranean enclave.
HƏMAS Baş Assambleyanın Qəzzada humanitar atəşkəs çağırışını dəstəkləyib.
Forum