Accessibility links

İsrail cənub şəhərinə dron hücumundan sonra Suriyaya zərbə endirib


İsrail ordusu bildirir ki, Suriyada bir təşkilat cümə axşamı İsrailin cənubunda Eylat şəhərində bir məkətəbə dron atıb və İsrail cavab olaraq qrupa zərbə endirib.

Ordu Suriya ərazisinin ən yaxın nöqtəsindən təxminən 400 kilometr məsadəfə yerləşən Qırmızı Dəniz sahilindəki Eylata doğru dronu atan təşkilatın adını açıqlamayıb.

Ancaq o açıqlamasında bildirib ki, Suriya hökumətini “onun ərazisindən çıxan istənilən terror fəaliyyətinə görə” tam cavabdeh tutduğunu bildirib. Dron hücumu nəticəsində kiminsə xəsarət aldığı bildirilməsə də, kiçik ziyan vurduğu deyilib.

Dron insidentindən əlavə regionda oktyabrın 70də İsrailin Qəzzada HƏMAS militantları ilə döyüşlərin başlamasından bəri bir sıra hücumlar baş verib.

Yəmənin İrana bağlı olan husi hərəkatı oktyabrın 7-dən bəri İsrailə qarşı dəfələrlə raket və pilotsuz təyyarələrlə hücumlar təşkil edib və onların hamısı ya vurulub, ya da çatmayıb.

Paytaxt Səna daxil olmaqla Yəmənin böyük hissəsinə nəzarət edən husilər cümə axşamı deyib ki, onlar İsraildə müxtəlif hədəflərə, o cümlədən qrupun hərbi sözçüsünün dediyinə görə, Eylatda ordu hədəflərinə qarşı balistik raketlər atıblar.

İsrail ordusu bildirib ki, “Arrow” hava hücumundan müdafiə sistemi Qırmızı Dəniz yaxınlığında İsrail ərazisinə atılan raketin qarşısını alıb və Patriot müdafiə sistemi cənubda Negev səhrasında “şübhəli hədəfin” qarşısını alıb.

İsrail ordusu atılan raketə və Negevdə qarşısını alınan hədəfə görə heç kimi günahlandırmayıb.

İsrail cənub sahillərini daha yaxşı qorumaq üçün Qırmızı dənizdəki mövcudluğunu artırıb, eyni zamanda isə ABŞ-ın da bölgədə əhəmiyyətli miqdarda dəniz gücü var.

Eylat İsrailin Qırmızı Dənizdən keçən əsas ticarət yolundadır.

Forum

XS
SM
MD
LG