Accessibility links

Baş nazir Ərdoğan:İsrail keçən ilki reydə görə üzr istəməynə qədər münasibətlər normallaşmayacaq


Baş nazir Ərdoğan:İsrail keçən ilki reydə görə üzr istəməynə qədər münasibətlər normallaşmayacaq
Baş nazir Ərdoğan:İsrail keçən ilki reydə görə üzr istəməynə qədər münasibətlər normallaşmayacaq

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, İsrail keçən il blokadada olan Qəzza Zolağına yollanan gəmidə insan ölümülə nəticələnmiş reydə görə üzr istəməyənə qədər Türkiyə İsraillə münasibətləri normallaşdırmayacaq. Cənab Ərdoğan bildirib ki, İsrail həmçinin reyd zamanı həlak olan türk vətəndaşlarının ailələrinə müavinət ödəməli və Qəzzanın blokadasına son qoymalıdır. Türkiyənin Baş naziri bu açıqlamaları İstanbulda Fələstinin səfiri ilə görüşü zamanı verib. Fələstinlilərin prezidenti Mahmud Abbas da görüşdə iştirak edib. İsrail və Türkiyə arasında münasibətlər keçən il İsrail kommandoslarının doqquz trk fəalın ölümülə nəticələnmiş reydindən sonra gərginləşmişdir.

XS
SM
MD
LG