Zoraklılığın təhlükəli həddə çatdığını deyən BMT baş katibi Ban Ki Mun İsrailə və Fələstin ərazilərinə iki günlük səfər edir.
Səfərdən əvvəl israillilərə və fələstinlilərə video-müraciətində BMT baş katibi narahatlıqları anladığını deyib və hər iki tərəfi terror və təhrikdən uzaq durmağa çağırıb.
Bu arada, İsrailin təhlükəsizlik qüvvələri keçən il avtobus dayanacağında bir qadını öldürən və bir neçə nəfəri bıçaqla yaralayan fələstinlinin İordan çayının Qərb sahilindəki evini uçurub.
Bu ayın əvvəli İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə terrorçuların evlərinin sökülməsi prosesini sürətləndirməyə çağırmışdı.