Accessibility links

ABŞ vasitəçiləri Fələstin dövlətinin yaradılması təklifini saxlamaq üçün fələstinlilərlə görüşür


ABŞ vasitəçiləri Fələstin dövlətinin yaradılması təklifini saxlamaq üçün fələstinlilərlə görüşür
ABŞ vasitəçiləri Fələstin dövlətinin yaradılması təklifini saxlamaq üçün fələstinlilərlə görüşür

Birləşmiş Ştatların vasitəçiləri BMT-də Fələstin dövlətinin tanınması üçün təklifdən imtina etməyə razı salmaq məqsədilə fələstin liderləri ilə görüş keçirir. ABŞ vasitəçisi Deyvdi Heyl İordan çayının Qərb sahilində fələstinlilərin lideri Mahmud Abbasla bu gün görüş keçirib. Digər Amerika diplomatlarının isə İsrailin Baş naziri Benyamin Netanyahu və başqa rəsmilərlə görüşü dünən baş tutub. Röyters agentliyi cənab Abbasın baş müşaviri Yasir Abed Rabboya istinadən bildirir ki, ABŞ fələstinliləri öz dövlətini yaratmaq səylərindən yayındırmağa çalışaraq, ərəblərə “ikrah” hissi ilə yanaşdığını nümayiş etdirir. Obama administrasiyası tərəflərin bir il əvvəl dayandırdığı sülh danışıqlarını bərpa etməsinə çalışır. Həm ABŞ, həm İsrail fələstinlilərin birtəfərli şəkildə BMT-də Fələstin dövlətinin tanınması cəhdinə etiraz edərək, bu addımın razılığın əldə edilməsini çətinləşdirdiyini bildirir. Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland deyib ki, vasitəçilər regiona tərəfləri bir araya gətirmək üçün səfər edib.

XS
SM
MD
LG