İsrail ordusunun cümə axşamı bildirdiyinə görə, İsrailin şimalını hədəf alan raket hücumlarında iştirak edən Hizbullahın iki komandiri hava hücumları zamanı öldürülüb.
İsrail Müdafiə Qüvvələri komandirlərin Əhməd Mustafa Əl-Həc Əli və Məhəmməd Əli Həmdan olduğunu müəyyən edib.
İsrail ordusu həmçinin cümə axşamı Livandan İsrail ərazisinə yenidən 40 raket atıldığını və onlardan bəzilərinin İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən məhv edildiyini bildirib.
ABŞ prezidenti Co Bayden çərşənbə günü İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb və İsrailin Qəzza və Livandakı militantlara qarşı hərbi əməliyyatlarını davam etdirərkən və İranın son raket hücumlarına cavabı nəzərdən keçirərkən ona "dəmir örtüklü" dəstəyini bir daha təsdiqləyib.
Telefon söhbəti onların avqustun 21-dən bəri ilk dəfə baş tutub. Ağ Ev vitse-prezident Kamala Harrisin də söhbətə qoşulduğunu bildirib.
Ağ Evin sözçüsü Karin Jan-Pyer jurnalistlərə zəng "birbaşa və məhsuldar" olduğunu və təxminən yarım saat davam etdiyini deyib.
Ağ Evin rəsmi bəyanatında liderlərin Qəzzada "HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün təcili diplomatiyanın yenilənməsi zərurəti" və müharibənin humanitar xərclərinin müzakirə edildiyi bildirilib.
Netanyahu İsraillə İranın regional silahlı qüvvələri arasında bir ildir davam edən qarşıdurmanın kəskinləşməsi nəticəsində oktyabrın 1-də İsrailə 200-ə yaxın ballistik raket atdıqdan sonra Tehrana qarşı cavab tədbirləri variantlarını nəzərdən keçirir.
Jan-Pyer jurnalistlərə potensial reaksiya ilə bağlı müzakirələrin davam etdiyini deyib.
Bayden İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsini dəstəkləməyəcəyini bildirib.
Liderlərin çağırışından qısa müddət sonra İsrailin müdafiə naziri X sosial media platformasındakı paylaşımında İsrailin İrana qarşı cavab tədbirlərinin “ölümcül, dəqiq və sürprizli” olacağnı deyib.
Yoav Qallant ivrit dilində "İsrail dövlətinə zərər verməyə çalışanlar bunun hesabını ödəyəcəklər" - deyə, bildirib.
Forum