Accessibility links

WikiLeaks:İsrail və Çili İranın Latın Amerikasında fəaliyyətlərini birgə izləyib


WikiLeaks:İsrail və Çili İranın Latın Amerikasında fəaliyyətlərini birgə izləyib
WikiLeaks:İsrail və Çili İranın Latın Amerikasında fəaliyyətlərini birgə izləyib

WikiLeaks saytında açıqlanmış məxfi sənədlərə əsasən, İsrail İranın Cənubi Amerikada fəaliyyətlərini izləmək üçün Çili ilə birgə iş aparıb. WikiLeak-in əldə etdiyi ABŞ-ın məxfi sənədlərinə əsasən, Birləşmiş Ştatlar rəsmiləri İsrailin Çili hökuməti ilə İranın Santyaqodakı elçisinin qeyri-adi faəliyyətlərini monitorinq etmək üçün birgə işlədiyi haqda məlumat veriblər. 2008-ci ildə ABŞ-ın Santyaqodakı səfirliyindən göndərilən teleqramda məlumatın İsrailin Çilidəki hərbi attaşesi Yoeli Ordən əldə ediliyini bildirilir. Teleqrama əsasən, Or informasiyanın bölüşdürülməsi və lazım olarsa, təlim almaq üçün Çilinin Təhqiqat polisi və başqa agentliklərlə işlədiyini deyib.

XS
SM
MD
LG