Accessibility links

İsrail prezidenti Rusiyanın Ukraynada İran dronlarından istifadəsi ilə bağlı kəşfiyyat məlumatları paylaşmağı planlaşdırır


İsrail Prezidenti İsaak Hersoq çərşənbə günü ABŞ Prezidenti Co Baydenlə görüş zamanı İranın pilotsuz təyyarələrinin Rusiya qüvvələri tərəfindən Ukraynada istifadə edilməsi ilə bağlı kəşfiyyat məlumatları paylaşmağı planlaşdırır.

Hersoqun ofisi bildirib ki, İsraildə Ukraynada vurulan dronlarla İranın 2021-ci ildə sınaqdan keçirdiyi pilotsuz təyyarələr arasında oxşarlığı göstərən şəkillər var.

Ukrayna və onun Qərb tərəfdaşlarının bildirdiyinə görə, Rusiya bu yaxınlarda Kyiv də daxil olmaqla, Ukrayna şəhərlərinə hücum zamanı İran istehsalı olan Şahed-136 pilotsuz təyyarələrindən istifadə edib.

İran onları Rusiyaya verdiyini, Rusiya isə Ukraynada istifadə etdiyini inkar edib.

Bayden çərşənbə axşamı Rusiyaya Ukraynaya qarşı müharibədə çirkli bomba və ya hər hansı digər nüvə silahından istifadə etməməsi ilə bağlı ciddi xəbərdarlıq edib.

Çərşənbə axşamı müxbirin Baydendən Rusiyanın "yalançı bayraq əməliyyatı" təşkil edib-etmədiyini soruşduqda o, "Rusiya taktiki nüvə silahlarından istifadə etməkdə inanılmaz dərəcədə ciddi səhvə yol vermiş olar" deyib.

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın çərşənbə axşamı bildirdiyinə görə, narahatlığa əsas var, belə ki, Rusiya “özünün planlaşdırdığında başqalarını ittiham etmək adətini artıq nümayiş etdirib”.

Rusiya ABŞ və Ukraynanın Ukrayna ərazisində hərbi bioloji fəaliyyətlər aparması ilə bağlı iddialarını müzakirə etmək üçün cümə axşamı ikinci şura iclasının keçirilməsini istəyib.

Rusiya səfiri Təhlükəsizlik Şurasına, prezidentə və baş katibə göndərdiyi 310 səhifəlik məktubda iki dövlətin köçəri quşları, yarasaları və hətta ağcaqanadları öldürücü patogenlərlə yoluxdurmağı, sonra isə onlardan Rusiya qoşunlarını və ya mülki əhalini yoluxdurmaq üçün istidafə etməyi planlaşdırdığı barədə köhnə iddiaları təkrarlayır.

XS
SM
MD
LG