Accessibility links

İsrail-HƏMAS müharibəsi Qəzzanın cənubunda şiddətlənir


İsrail əsgərləri və HƏMAS militantları arasında dekabrın 6-da başlayan döyüşlər Qəzza zolağındakı mülki əhalinin sığınacaq tapmalarını və humanitar yardım almalarını daha da çətinləşdirib.

İsrail ordusu çərşənbə günü bildirib ki, keçən gün ərzində Qəzza zolağında 250-yə yaxın hədəfə hava zərbəsi endirib.

Birləşmiş Millətlər Təşkilatı bazar ertəsi günortadan etibarən İsrailin Qəzzanı bombardmanlarını və quruda hücumlarını əhəmiyyətli dərəcədə intensivləşdiyini, Fələstin militantlarının isə İsrailə doğru raket hücumlarını artırdığını bildirib.

İsrail ordu rəsmilərinin bildirdiyinə görə, qüvvələri Qəzzanın ikinci böyük şəhəri olan Xan Yunisi mühasirəyə alıb.

Qəzzanın cənubunda müharibə Qəzza şəhəri də daxil olmaqla, şimaldakı ərazilərdəki ilkin əməliyyatlardan sonra genişləndi. Bu həm də, İsrail ordusunun həftələrdir mülki vətəndaşların döyüşlərdən uzaq durmaq üçün cənuba köçməsi əmrini yerinə yetirməsindən sonra baş verdi.

Lakin qərbdə Aralıq dənizi, cənubda və şərqdə Misir və İsraillə sərhədlərin bağlanması ilə insanların gedə biləcəyi yerlər azalır.

BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi təxminən 1,9 milyon insanın Qəzzada köçkün vəziyyətinə düşdüyünü, bunun isə əhalinin təxminən 85%-ni təşkil etdiyini və onlardan bir milyonunun Qəzzanın cənubundakı BMT sığınacaqlarında qeydiyyatda olduğunu bildirib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi çərşənbə axşam bildirib ki, başqa yerlərdəki döyüşlər səbəbindən ardıcıl üçüncü gündür ki, Qəzzanın cənubundakı Rəfah bölgəsi yardım paylanmasının mümkün olduğu yeganə yerdir.

Forum

XS
SM
MD
LG