HƏMAS-la müharibədən əlavə, İsrail ictimaiyyətinin diqqəti HƏMAS-ın Qəzzaya apardığı 240 girovun taleyinə yönəlib. Girovların ailələri məsələni insanların diqqət mərkəzində saxlamaq üçün Qüds şəhəri də daxil olmaqla, bütün dünyada sənət instalyasiyaları quraşdırdıqları kampaniyalara başlayıb.
Sıra ilə düzülmüş bu boş çarpayılar HƏMAS-ın Qəzzada hələ də 240 israillini girov saxladığını xatırladır.
Qüds Şəhər Administrasıyası qarşısındakı bu instalyasiya bütün dünyada girovlara həsr edilmiş bir neçə əsərdən biridir.
Bunlara boş uşaq arabaları, masalardakı boş stullar və sahibsiz ayaqqabılar daxildir. Bir aya yaxındır ki, girovların ailələri kabus yaşayır.
Reyçel Qoldberqin ikili ABŞ-İsrail vətəndaşı olan oğlu Herş oktyabrın 7-də Qəzza yaxınlığında keçirilən musiqi festivalından qaçırılıb. O, Qüdsdə boş çarpayıların quraşdırıldığı yerə gəlib və bir çarpayının onu cəlb etdiyini deyir. "Bu, uşaq çarpayısı idi. Bu Herşin deyildi, Herşin 23 yaşı təzə tamam olub və bu onun yata biləcəyi çarpayı deyildi. Amma o çarpayıda nəsə var idi ki, yanında dayandım. Başqa insanlar da mənə yaxınlaşıb dedilər ki, "Oğurlanan kiminsə varmı?" Mən də "var, oğlum" dedim. Onlar da "o, buşaqdır?" dedilər. Çünki yanında dayandığım yatağı gördülər. Mən də dedim ki, "xeyr, deyil, amma o, həmişə mənim kiçik oğlum olaraq olacaq.”
Qoldberq bu yaxınlarda dünyanı HƏMAS-a təzyiq göstərməyə məcbur etmək üçün girovların ailələri adından BMT-də çıxış edib.
Dünya miqyasında bununla bağlı plakat kampaniyası da var.
Bəzi plakatların sökülməsi Nyu Yorkda və başqa yerlərdə gərginliyə səbəb olub.
Fəallar 30-u uşaq olmaqla, girovların ağır vəziyyətini ictimailəşdirmək üçün ailələrlə birlikdə işləyir.
Onlar süni intellektdən istifadə edərək, HƏMAS-ın girov saxladığı güman edilən Gilad Kornqoldun ailəsinin səkkiz üzvündən biri, səkkiz yaşlı Naveh haqqında video hazırlayıb.
Oğlanın süni intellekt videosunda “Mən öz-özümə bunun sadəcə bir hekayə, amma çox pis hekayə olduğunu deyirəm. Belə bir hekayəni kim yaza bilər. Mən evə getmək istəyirəm" deyir.
İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, o, girovların azadlığa buraxılmasına sadiqdir və srailin Qəzzaya qurudan müdaxiləsi buna yardım edə bilər. "Təkcə Nazirlər Kabinetinin deyil, həm də ordudakı təhlükəsizlik qüvvələrimizlə ümumi qiymətləndirməmiz budur ki, qurudan əməliyyat əslində girovlarımızı azad etmək üçün əminlik olmasa da, imkan yaradır. Çünki HƏMAS-a təzyiq göstərilməzsə, o bunu etməyəcək".
Ancaq bir çox ailə qurudan hücumun işləri çətinləşdirə biləcəyindən qorxur. Reyçel Qoldberq: "Mən girovlara görə narahatam, əsgərlərin oraya girməsindən, orada olan qəzzalı mülki vətəndaşlardan narahatam. Mən bir çox səviyyədə qurudan hərbi müdaxilə ilə bağlı çox narahatam."
HƏMAS Noam Kalderonun Nir Oz kibutsundan ikisi uşaq olmaqla, üç əmisi oğlunu girov götürüb. O deyir ki, hökumət onları evə qaytarmaq üçün daha çox iş görməlidir. "Girovları evə gətirmədən qələbə elan edə bilmərik."
Ailələr deyirlər ki, HƏMAS girovlardan canlı qalxan kimi istifadə edir və onları yerin altındakı tunellərdə saxlayır.
Onlar İsrailin qurudan müdaxiləsinin girovların xilasetmə işini daha da çətinləşdirəyindən narahatdırlar.
Forum