İsrailin evakuasiya üçün bir saat vaxt verdiyinə dair ziddiyyətli xəbərlər fonunda pasientlər, işçilər və didərgin düşən insanlar şənbə günü Qəzzanın Şifa xəstəxanasını tərk edirlər.
Hərəkət edə bilməyəcək qədər xəstə olan pasientlər çox az sayda tibbi heyət ilə geridə qalacaq.
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzzanın ən böyük tibbi obyekti olan Şifa Xəstəxanasının təxliyəsinə göstəriş verdiyini inkar edib.
“IDF heç vaxt pasientlərin və ya tibbi komandaların təxliyəsinə göstəriş verməyib və əslində IDF-ın tibbi təxliyə ilə bağlı istənilən müraciəti asanlaşdırmağı təklif edib”, - hərbi qrupun şənbə günü yaydığı bəyanatda deyilir.
İsrail Müdafiə Qüvvələri xəstəxananı tərk etmək istəyən insanlar üçün təhlükəsiz keçid təmin eməklə bağlı xəstəxananın direktoru ilə danışdığını deyib.
“Bu səhər İsrail Müdafiə Qüvvələri Şifa xəstəxanasının direktorunun xəstəxanada olan və təhlükəsiz marşrutla təxliyə etmək istəyən əlavə qəzzalılara imkan yaratmaq xahişini qəbul edib,” İsrail Müdafiə Qüvvələri bəyanatında bildirib.
Agence France-Press şənbə günü İsrailin İsrail Şifa Xəstəxanasına təxliyə üçün bir saat vaxt verdiyini bildirib.
İsrael HƏMAS militantlarının Qəzzanın ən böyük xəstəxanasının altındakı otaqlarda gizləndiyinə inanır.
İsrail daha öncə də xəstəxananın evakuasiya olunmasına çağırıb, amma tibb işçiləri deyir ki, orada hərəkət etdirə bilmədikləri pasientlər var.
Şifada elektrik kəsilmələri pasientlərin, o cümlədən körpələrin ölümü ilə nəticələnib.
BMT-nin məlumatına görə, çərşənbə günü İsrail qüvvələti daxil olduğu zaman xəstəxanada 2000-dən çox pasient, işçi və didərgin düşən fələstinli olub.
Fələstinli telekommunikasiya şirkəti Paltel bölgəyə yanacaq çatdırılandan sonra o, Qəzzada telefon və internet xidmətlərini qismən bərpa edib.
17000 litr yanacaqdan ibarət ilk yük cümə günü Rəfah keçidi vasitəsilə Misirdən Qəzzaya çatdırılıb. Bu barədə fələstinli sərhəd rəsmisi Agence-France Press-ə bildirib.
Paltel, avadanlığını gücləndirən generatorları yenidən işə salmaq üçün yanacaq aldıqdan sonra şəbəkəsini bərpa etməyə başladığını bildirib.
BMT-nin artan təzyiqi ilə üzləşən İsrail cümə günü Qəzza zolağına humanitar məqsədlər üçün kiçik yanacaq daşımalarına icazə verəcəyini bildirib, eyni vaxtda isə BMT-nin yardım karvanları ardıcıl olaraq üçüncü gündür ki, dayandırılıb.
“Dünən axşam, Müharibə kabineti Birləşmiş Ştatların Qəzza zolağında elektik olmadan çökmə riski ilə üzləşən kanalizasiya təmizləyici qurğular üçün gündə iki yanacaq tankeri və UNRWA-nın idarə etdiyi su və kanalizasiya sistemlərini idarə etmək imkanı ilə təmin etməklə bağlı xüsusi müraciətinə cavab verdi,” İsrail Milli Təhlükəsixlik Şurasının direktoru Tzaçi Haneqbi cümə günü Tel Əvivdə müxbirlərə deyib. UNRWA BMT-nin fələstinlilərə yardım edən agentliyidir.
Forum