Accessibility links

Xarici vətəndaşların ilk qrupu Qəzzanı tərk etməyə başlayıb


Cəbəliyə
Cəbəliyə

İsrail və Fələstinin HƏMAS silahlı qruplaşması arasında müharibə başlayandan bəri Qəzzada qapalı qalan xarici vətəndaşların ilk qrupu çərşənbə günü mühasirədə olan anklavı tərk edərək, Misirə doğru yola düşüb.

Xarici pasport sahiblərinin ölkəni tərk etməsi üçün Rəfah sərhəd keçidinin yenidən açılması Qətərin vasitəçiliyi ilə İsrail, Misir və HƏMAS arasında əldə edilən razılaşmanın bir hissəsidir. Azı 400 xarici vətəndaşın Misirə keçməsinə icazə veriləcək.

Xarici vətəndaşlarla yanaşı, təxminən 81 yaralı fələstinli də müalicə üçün Qəzzadan təcili yardım maşınları ilə Misir xəstəxanalarına aparılıb. Xəstələr oktyabrın 7-dən, müharibə başlayandan bəri Qəzzanı tərk etməyə icazə verilən ilk fələstinlilərdir.

Xarici vətəndaşlar və fələstinlilər Qəzzanın yenidən kommunikasiya xətlərinin tamamilə kəsildiyi bir vaxta təsadüf edib.

Anklavı telekommunikasiya xidməti ilə təmin edən "Paltel" (Fələstin Telekommunikasiya Şirkəti) çərşənbə axşamı gecə əvvəllər Twitter kimi tanınan X sosial media veb-saytında sakinlərə bütün telefon və internet xidmətlərinin tam kəsilməsi barədə məlumat yayıb. Şirkət bu xidmətlərin dayanmasının səbəbinin "bundan əvvəl işə salınan beynəlxalq rabitənin yenidən kəsilməsi" olduğunu bildirib.

Qəzzada rabitənin kəsilməsi keçən cümə günündən başlayıb və son iki gündə tamamilə kəsilib. Mühasirədə olan ərazinin 2,3 milyon əhalisinin dünya ilə əlaqəsi kəsilib və beynəlxalq yardımın çatdırılması dayandırılıb.

Fələstin səhiyyə orqanlarının verdiyi məlumata görə, son telefon və internet xidmətində fasilələr İsrailin Qəzzanın şimalındakı Cəbəliyə şəhərində fələstinli qaçqın düşərgəsində azı 50 nəfərin ölümü, 150 nəfərin yaralanması ilə nəticələnən hava hücumundan bir neçə saat sonra baş verib.

Reuters xəbər agentliyinin məlumatına görə, Cəbəliyə 1948-ci ildən bəri davam edən müharibələrdən qaçan ailələr üçün evi olub. HƏMAS-ın açıqlamasında düşərgədə heç bir komandirin olmadığı, hücum nəticəsində 400 nəfərin öldüyünü və ya yaralandığını bildirilib.

France Presse xəbər agentliyi çərşənbə günü bildirib ki, HƏMAS hava hücumu zamanı 7 girovun da öldüyünü, onlardan 3-nün xarici pasportları olduğunu iddia edib.

Forum

XS
SM
MD
LG