BMT Təhlükəsizlik Şurası bu həftə İsrailin yeni təyin olunmuş milli təhlükəsizlik naziri İtamar Ben Qvirin Qüdsdəki müqəddəs məbədə mübahisəli səfərini müzakirə etməlidir. Səfər bütün ərəb dünyasında tənqidlərə səbəb olub. İsrailin ən yaxın müttəfiqi olan ABŞ təhlilçlərinin dediyinə görə, bu, yeni sərt-xətt İsrail hökumətinin yeni regional gərginliklərə səbəb ola biləcəyinə işarədir.
İsrailin yeni hökumətinin and içməsindən bir neçə gün sonra yeni təyin olunmuş milli təhlükəsizlik naziri İtamar Ben Qvir həm yəhudilərin, həm də müsəlmanların müqəddəs dini məkanı olan Məbəd Dağını ziyarət edib. İtamar Ben Qvir: "Məbəd Dağı İsrail xalqı üçün ən müqəddəs yerdir. Məbəd Dağı hamı üçün açıqdır. Buraya müsəlmanlar, xristianlar və bəli, yəhudilər də gəlir. Üzvü olduğum hökumətdə irqçi ayrı-seçkilik olmayacaq və yəhudilər Məbəd Dağını ziyarət edəcək".
Lakin nazirin müsəlman dini etimadının nəzarətində olan məbədə baş çəkməsini bütün dünya müsəlmanları təxribat kimi qiymətləndirib. Bu, israillilərin əksəriyyəti tərəfindən sərt qınaqlara səbəb olub.
Ərəb qonşuları və İsrailin baş naziri Binyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərinə planlaşdırılan səfəri təxirə salınıb. Bar İlan Universitenin professoru Eytan Gilboa: "Bu, bütün Yaxın Şərqdir və hazırkı İsrail hökuməti "İbrahim Sazişi"nin üzvləri, xüsusən də Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərdən narahat olmalıdır. İordaniya özünü Məbəd Dağının mühafizəçisi hesab edir və Ben Qvirin Məbəd Dağına səfəri Krallığı qıcıqlandırır".
ABŞ və Avropa rəsmiləri də belə həssas məkanda status-kvonu təhlükə altına ala biləcək hərəkətləri qınayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası məsələ ilə bağlı beynəlxalq narahatlığını ifadə etmək üçün təcili iclas çağırıb. Fələstin Administrasiyası və Qəzzadakı HƏMAS liderləri zorakılıqların əvvəllər olduğu kimi Məbəd Dağında baş verə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Fələstinin baş naziri Məhəmməd Ştayyə: "Biz xalqımızı “Məscidül-Əqsa”nı yəhudi məbədinə çevirmək məqsədi daşıyan bu cür müdaxilələrə qarşı durmağa çağırırıq. Bu, bütün beynəlxalq normaların, dəyərlərin, razılaşmaların, qanunların və İsrailin Amerika prezidentinə verdiyi vədlərin pozulması deməkdir".
Ben Qvirin Məbəd Dağına səfəri yeni İsrail hökumətinin status-kvonya meydan oxuyan bir çox mübahisəli siyasətlərindən yalnız biridir. Sülh prosesini dəstəkləyən - dini plüralizmi, gender bərabərliyini, azlıqların insan haqlarını dəstəkləyən qrupların hamısı İsrail cəmiyyətinin liberal demokratik quruluşuna çağırış kimi qiymətləndirir və buna qarşı çıxır. İsrail LGBTQ Gənclik Hərəkatından Etan Liberman: "Onlar homoseksualların hüquqlarına və ümumiyyətlə liberal təhsilə qarşı qanunlar tətbiq edir və biz hiss edirik ki, ölkəmiz əlimizdən alınır."
"Yeni İsrail Fondu"ndan Şaron Ben Sasson: "Məni İsrail demokratiyasının kökləri və İsrail demokratiyasının sabitliyi narahat edir. İsraildəki və işğalımız altındakı torpaqlarda olan insanların insan haqlarından narahatam".
"İbrahim Təşəbbüsləri"ndən Amnon Beri Sulitseanu: "Bu, İsrail cəmiyyəti, yəhudilər və ərəblər arasındakı münasibətlər üçün fəlakət olacaq. Bu, bizə qonşularla dinc münasibətdə yaşamağa imkan verməyəcək. Bu, zorakılığa, ayrı-seçkiliyə və nifrətə sövq edəcək".
Baş nazir Benyamin Netanyahu hökumətinin siyasətinə cavabdeh olduğunda və daha ifrat tərəfdaşlarının onun gündəmini diktə etməsinə icazə verməyəcəyində israr edir. Lakin Itamar Ben Qvirin Məbəd Dağına səfəri bunun asan olmayacağını göstərir.