Accessibility links

İspaniya kralı ölkədəki siyasi böhranı həll etməyə çalışır


İspaniya kralı iyun ayında keçiriləcək seçkilərin qarşısını almaq və siyasi dalanı həll etmək səyləri çərçivəsində bu gün siyasi partiya liderləri ilə görüşür.

Kral Filip Xalq Partiyasından baş nazir Mariano Rahoy, Sosialist Partiyasından Pedro Sançez və dekabr seçkilərində öndə gedən iki siyasətçi daxil olmaqla 4 siyasi partiyanın liderləri ilə görüş keçirir. Liderlər yeni hökumət formalaşdırmaq üçün yetərli dəstəyi olan namizədin olub-olmadığını müzakirə edəcək.

Kral Filip görüşün nəticələri barədə parlamentin spikerinə məlumat verməyi planlaşdırır. Əgər gələn həftənin əvvəlinədək ortaq namizədin adı müəyyən olunmasa, iyun ayının 26-da seçkilər yenidən keçiriləcək.

İspaniya partiyaları ötən ilin dekabr ayından bəri yeni hökumət formalaşdırmağa müvəffəq ola bilməyib.

XS
SM
MD
LG