Accessibility links

İspaniyada bir çox valideyin uşaqlarını məktəbə göndərməkdən imtina edir


Áncela López qanun pozucusu profilinə çətin uyğun gəlir. Lakin tənəffüs problemi olan 7 yaşlı bir qızın anası məktəbə qayıtmaq əmrini verən İspaniya rəsmilərinə meydan oxumağa hazır olan valideynlər arasındadır.

Bu valideyylər koronavirusun yeni dalğasının ölkəni bürüdüyü bir zaman pis maliyyələşdirilən təhlükəsizlik tədbirlərindən çəkinir. Onlar şagirdlərin COVID-19-a yoluxma riskinin yüksək olduğunu, sonra isə ailə üzvlərinə yoluxdura biləcəyindən qorxur. Onlar onlayn dərslərə hazırlaşmaq üçün kompüterləri daha güclü şəbəkələrə qoşmaq üçün pul xərclədiklərini, ehtiyac olduqda uşaqlarını evdə təhsil almaları üçün hazırlaşdıqlarını iddia edirlər.

López də daxil olmaqla, əksər valideynlər İspaniyanın məktəbə getməyin məcburi olduğu, əks halda 3 aydan 6 aya qədər həbs cəzası üzləşə biləcəkləri qanununa baxmayaraq, təhsil qaydalarına tabe olmamağa hazırdırlar.

Lopezin nəfəs almaqda çətinlik çəkən qızı `bronxial spazm` deyilən bir xəstəliklə doğulub. COVID-19 tənəffüs sistemini təsir etdiyi üçün López qızını təhlükə qarşısında qoymaq istəmir.

“Özümüzü çarəsiz hiss edirik və bir az da inciyirik. Bizə bir seçim vermədikləri üçün sanki bizi qanunsuz hərəkətə məcbur edirlər ” - deyə, Madriddə yaşayan Ancela López bildirir.

"Bu bir statistika məsələsidir. Nə qədər çox xəstə varsa, yoluxma ehtimalı bir o qədər çoxdur" - deyə, o əlavə edir.

Baxmayaraq ki, mart və aprel aylarında ölənlərin sayı rısmi olaraq qeydə alınmayıb, İspaniyada bu günə qədər koronavirusa yarım milyondan çox insanın yoluxduğu, azı 29 min 500 nəfərin öldüyü bildirilib.

İspaniya hökumətinin indi daha çox və daha yaxşı testlərdən keçdiyi üçün yoluxmaların əksəriyyətinin müəyyənləşdirdiyinə israr etsə də, ekspertlər regionda pandemiyanın artıq ikinci dalğasının başlandığını deyir.

Rəsmilər eyni zamanda koronavirusa yoluxanların yarısından çoxunda heç bir simptom olmadığını, buna görə də yazda epidemiya zirvədə olduğu vaxtla müqayisədə xəstəliklə mübarizə aparan xəstəxanaların hazırda daha az xəstəsi olduğunu bildirir.

XS
SM
MD
LG