İspaniyada ixtisarlara etirazların davam etdiyi bir vaxt hökumət büdcə böhranının aradan qaldırmasına yardım məqsədi ilə bir sıra əlavə ölçülər tətbiq etməyi planlaşdırır.
Hökumət bu gün ixtisar ölçüləri və 2013-cü ilin büdcəsi barədə təfsilatı açıqlayacaq. İslahatlara yüksək vergilər, təqaüd sistemində dəyişiklik və işçilərin maaşlarının dondurulması daxildir.
Dünən axşam ixtisarlara qarşı paytaxt Madriddə etiraz aksiyasında iştirak edən insanlar baş nazir Mariano Rahoyun istefasına çağırıblar. Dünənki nümayiş polislə toqquşma ilə sona çatıb.
İspanların təxminən 1/4 hissəsi işsizdir və ölkə iqtisadiyyatında qeyri-müəyyənlik hökumətin borc məsrəflərinin bu həftə artmasına səbəb olub. İspaniya Maliyyə Nazirliyinin nümayəndələri ölkənin maliyyə böhranının daha da dərinləşdiyini deyirlər.