Accessibility links

Kataloniya müstəqilliyini elan etdi


Bəyannamə simvolik mahiyyət daşısa da, müstəqillik nə İspaniya, nə də beynəlxalq ictimaiyyət tərəfindən tanınır.

Kataloniyanın suveren bir dövlət olaraq müstəqilliyi regional parlamanetdə səsə qoyulub. Ölçü sürəkli alqışlar və Kataloniya himni ilə müşayiət edilib.

Kataloniya prezidentinin başçılıq etdiyi koalisiyaya daxil olan radikal separatçı fraksiyalar tərəfindən hazırlanan ayrılmaq bəyannaməsi 72 lehinə, 10 əleyhinə və 2 bitərəf səslə təsdiq edilib.

Müstəqillik bəyannaməsi regional parlamentdə 72 lehinə, 10 əleyhinə və 2 bitərəf səslə təsdiq edilib.

İspaniyanın mərkəz-sağçı hakim Populyar Partiyası və müxalif sosialistlər parlamentin sessiyasını boykot edib.

Yaranmış durum İspaniyanı son dövrlərin ən ağır siyasi böhranına sürükləyib. İspaniyanın baş naziri sakitliyə səsləyərək, qanun aliliyinin bərpa ediləcəyini bildirib.

Qərarın qəbul edildiyi Barselonanın regional parlamenti Kataloniyanı müstəqil, suveren və sosial-demokratik ölkə adlandıraraq, digər ölkələr və təsisatları Kataloniyanı tanımağa çağırıb.

Daha əvvəl İspaniyanın baş naziri ölkə Senatını mərkəzi hökümətə Kataloniyanın müstəqlillik arzusuna son qoymaq məqsədilə muxtariyyət səlahiyyətlərini geri almağa icazə verəcək konstitusion tədbirlər görməyə çağırıb.

Sessiyanı boykot edən müxalifətçilər zalı tərk etməzdən öncə İspaniya bayrağı nümayiş etdirirlər.
Sessiyanı boykot edən müxalifətçilər zalı tərk etməzdən öncə İspaniya bayrağı nümayiş etdirirlər.

Kataloniyadakı səsvermədən dərhal sonra İspaniya Senatı Madriddəki mərkəzi hökumətə bu muxtar regionun birbaşa idarəçiliyni ələ almaq səlahiyyəti verib.

Oktyabrın 27-də İspaniya Senatı 214-47 səs çoxluğu ilə Madridə region üzərində birbaşa nəzarət, Çarlz Puqdemontu regionun prezidenti postundan, onun digər səlahiyyətli şəxslərini də vəzifədən uzaqlaşdırmaq səlahiyyəti verib.

Mariano Rahoy senatorlara deyib ki, İspaniya müasir tarixində daha öncə üzləşmədiyi problemlə üzləşir. O bildirib ki, Kataloniyada baş verənlər qanunun, demokratiyanın və hər kəsin hüquqularının pozuntusudur və bunun nəticələri olacaq.

Minlərlə etirazçı parlament binasının yanında toplaşaraq Kataloniya bayraqlarını dalğalandırıb və “müstəqillik” və “azadlıq” şüarları səsləndirib.

İspaniya höküməti referendumu qeyri-konstitusion adlandırıb və səsvermənin qarşısını almaq məqsədilə əraziyə polis səfərfər edib. Nəticədə seçici fəallığı 50 faizlə məhdudlaşıb.

XS
SM
MD
LG