Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri üzrə proses davam edir.
İş üzrə məhkəmə qarşısında 18 nəfər, o cümlədən REAL Hərəkatının lideri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublu dayanıb.
Yanvarın 28-də günün birinci yarısında İsmayıllı rayon sakinlərini olan 7 şahid çıxış edib.
Onlar ilkin istintaq zamanı verdikləri ifadələrdən imtina edərək bildiriblər ki, onlara təzyiq göstərilib. Şahidlər müttəhimlər kürsüsündə əyləşənləri iğtişaş iştirakçılarının arasında görmədiklərini söyləyiblər.
Həmçinin REAL hərəkatının Məclis sədri Erkin Qədirli və Marşal Fondunun nümayəndəsi Mehriban Rəhimli dindirilib. Onlar bildiriblər ki, İlqar Məmmədov vəziyyətlə yerində tanış olmaq üçün İsmayıllıya gedib. İ.Məmmədov İsmayıllıda olarkən hər iki şahidlə telefonla danışıb və baş verənlər barədə onlara məlumat verib.
2013-cü il yanvarın 23-də “Çıraq” otelinin sərxoş işçiləri yerli sakinin avtomobilinə ziyan vurublar, sonra bütün İsmayıllı camaatını təhqir ediblər. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar oteli dağıdaraq yandırıblar. İğtişaşlar yanvarın 24-də daxili qoşunların gəlişindən sonra yatırılıb. 18 nəfər həbs olunub.
İlqar Məmmədov, Tofiq Yaqublu və digər 16 müttəhim Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkili və iştirak), 315.2 (hakimiyyət nümayəndələrinə müqavimət göstərmək) maddələri ilə təqsirli bilinirlər.
İsmayıllı hadisələri üzrə məhkəmə 2013-cü il noyabrın 4-də başlayıb.