Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələri ilə bağlı həbs olunanlar işi üzrə prosesdə dövlət ittihamçısının çıxışına və vəkillərin vəsatətlərinin təmin olunmamasına etiraz olaraq fevralın 24-dən aclıq aksiyasına başlayıblar.
Təqsirləndirilən şəxs Vasif İbrahimovun vəkili Nəvai Abbasov Amerikanın Səsinə bildirib ki, aclıq edənlər kütləvi iğtişaşların təşkilində və digər maddələr üzrə özlərini günahkar bilmirlər.
Vəkilin sözlərinə görə təqsirləndirilən şəxslər ədalətli qərarın çıxarılmasını istəyiblər.
Qeyd edək ki, dünən prokuror yekun sözlə çıxış edib. O 18 müttəhimin real müddətə cəzalandırılmasını təklif edib.
Belə ki, prokuror Fuad Musayev REAL Hərəkatının lideri İlqar Məmmədovun 8 il, Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublunun 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror digər 16 nəfər İsmayıllı sakininin 4 ildən 9 ilədək azadlıqdan məhrum edilməsini istəyib.
Bütün müttəhimlər Cinayət Məcəlləsinin 220.1 (kütləvi iğtişaşların təşkil) və 315.2-ci maddəsi (polis əməkdaşlarına qarşı zorakılıq) ilə ittiham olunur.
2013-cü il yanvarın 23-24-də İsmayıllıda kütləvi iğtişaşlar baş verib. Buna səbəb icra başçısına yaxın adamların kobud davranışıdır. Bu, yerli sakinlərin qəzəbinə səbəb olub, onlar “Çıraq” otelini yandırıblar. Sonra şəhərdə polislə rayon rəhbərliyinin istefasını tələb edən sakinlər arasında qarşıdurma yaranıb.